Müqavilələrin idarəçiliyi sektorunun müdiri

  • AzerGold CJSC
  • Elanın qoyulma tarixi: 26.02.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında:

“AzerGold” QSC qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi sahəsində fəaliyyət göstərir.

Vakansiyanın adı:

Müqavilələrin idarəçiliyi sektorunun müdiri

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Anglo-sakson hüquq sisteminə daxil olan müqavilələrlə işləmək təcrübəsinə malik olmalı;
• Kommersiya hüququ üzrə dərin biliklərlə malik olmalı;
• Qanunvericiliyi hərtərəfli analiz etmə və müqavilələr kontekstində düzgün tətbiq etmə bacarığına malik olmalı;
• Komanda ruhu, şəxsi və peşəkar inkişaf, analitik düşüncə və müxtəlif hüquq sahələri ilə əlaqəli təhlil etmə bacarığı, hesabat yazma səriştəsi;
• Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis dili (mükəmməl), Microsoft Office və digər proqramlar.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Ali hüquq təhsili. (Müqavilələin idarəçiliyi üzrə xaricdə təhsilin mövcudluğu arzuolunandır)
• Müvafiq sahədə 4 ildən çox iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq  "Müqavilələrin idarəçiliyi sektorunun müdiri" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi