Hüquqi təhlil və analiz sektorunun müdiri

  • AzerGold CJSC
  • Elanın qoyulma tarixi: 26.02.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında:

“AzerGold” QSC qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi sahəsində fəaliyyət göstərir.

Vakansiyanın adı:

Hüquqi təhlil və analiz sektorunun müdiri

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Azərbaycan milli qanunvericiliyi (xüsusilə yerin təkindən istifadə, mədənçilik, torpaq qanunvericiliyi və ətraf mühitin mühafizəsi) üzrə dərin biliklərə malik olmalı;
• Dövlət qurumları ilə danışıqların aparılması, mübahisəli vəziyyətlərin idarəedilməsi üzrə təcrübəyə malik olmalı;
• Azərbaycan qanunvericiliyini Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə və konvensiyalar kontekstində effektiv şərh və tətbiqetmə vərdişlərinə malik olmalı;
• Komanda ruhu, şəxsi və peşəkar inkişaf, analitik düşüncə və müxtəlif hüquq sahələri ilə əlaqəli təhlil etmə bacarığı, hesabat yazma səriştəsi;
• Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis dili (mükəmməl), Microsoft Office və digər proqramları.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Ali hüquq təhsili.
• Hüquqi təhlil ilə əlaqəli istiqamət üzrə (elmi tədqiqatalar, araşdırmalar) minimum 4 il iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq  " Hüquqi təhlil və analiz sektorunun müdiri" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi