Hüquqşünas (Anglo-sakson hüquq sistemlərinin müqavilə hüququ üzrə)

  • AzerGold CJSC
  • Elanın qoyulma tarixi: 26.02.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında:

“AzerGold” QSC qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi sahəsində fəaliyyət göstərir.

Vakansiyanın adı:

Hüquqşünas (Anglo-sakson hüquq sistemlərinin müqavilə hüququ üzrə)

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Anglo-sakson hüquq sistemlərinin müqavilə hüququ barədə biliklərə və iş təcrübəsinə malik olmalı;
• Komanda ruhu, şəxsi və peşəkar inkişaf, analitik düşüncə və müxtəlif hüquq sahələri ilə əlaqəli təhlil etmə bacarığı, hesabat yazma səriştəsi;
• İngilis və Azərbaycan dillərini mükəmməl səviyyədə bilməli;

Tələb olunan təhsil və iş təcrübəsi:

• Ali hüquq təhsili.
• Müvafiq sahədə minimum 2 il iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq  " Hüquqşünas (Anglo-sakson hüquq sistemlərinin müqavilə hüququ)" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi