Geoloji kəşfiyyat şöbəsi, Texnik-geoloq (Daşkəsən rayonu, Çovdar Filiz Emalı sahəsi)

  • AzerGold CJSC
  • Elanın qoyulma tarixi: 25.02.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında:

“AzerGold” QSC qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi sahəsində fəaliyyət göstərir.

Vakansiyanın adı:

Geoloji kəşfiyyat şöbəsi, Texnik-geoloq  (Daşkəsən rayonu, Çovdar Filiz Emalı sahəsi)

Əsas vəzifə və öhdəliklər:

• Əvvəllər yerinə yetirilmiş geoloji-kəşfiyyat işlərinin nəticələri ilə tanışlıq və nəticələrin əldə edilməsi;
• Kameral şəraitdə işləmək;
• Çöl şəraitində yerüstü sınaqlaşdırma və xəritəalma işlərini yerinə yetirmək;
• Buruq-qazma quyularına nəzarət, kern məhsullarının sənədləşdirilməsi;
• Çöl şəraitində toplanılmış materialların kameral şəraitdə  işlənilməsi (məlumatların bazaya daxil olunması);
• Tələb olunan digər tapşırıqları yerinə yetirilməsi.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Azərbaycan və ətraf regionun geoloji quruluşu haqqında biliklər;
• Nəcib və əlvan metal yataqlarının sənaye-genetik tipləri haqqında biliklər;
• Filiz və qeyri-filiz faydalı qazıntı yataqları haqqında biliklər;
• Yerüstü xəritəalma işlərinə dair ümumi anlayışa sahib olmaq;
• Yerli və xarici mütəxəsisslərlə işləmək bacarığı;
• Çöl şəraitində yaşamaq və işləmək bacarığı;
• Yüksək dağ şəraitində işləmək bacarığı;
• Microsoft Office proqramları ilə işləmək bacarığı;
• 2 ölçülü xəritəalma proqram təminatında (ArcGis) məlumatların bazaya daxil edilməsi, bazadan məlumatların əldə edilməsi;
• Dil bilikləri:  Azərbaycan dilində sərbəst, İngilis və Rus dilləri arzuolunandır.
• Çöl şəraitində yerinə yetirdiyi işlərin nəticələrinin ümumi məlumatlar bazasına yerləşdirmək vərdişi;
• Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, aktivlik, çeviklik və məsuliyyətlilik, təşkilatın missiyasına sadiqlik.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Müvafiq sahə üzrə ali təhsil;
• Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq " Texnik-geoloq" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected]  elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi