20 ildən artıq konsaltinq aləmində fəaliyyət göstərən “BSC” Consalting və Outsorsing MMC-yə lahiyələrin və müştəri portfelinin sayının artması ilə bağlı Mühasib tələb olunur.
Niyə məhz Biz
- Davamlı olaraq işləmək istəyəcəyiniz pozitiv komanda və etibarlı şirkətik
- 20 illik iş təcrübəsi ilə bölüşməyə hazırıq
- Kreativ ideyaları yaradırıq
- İstedadlı gənclərə yol açırıq
- Peşakarlarla inkişafa şərait yaradırıq
Mühasib
İş barədə məlumat
∙ İnternet bank əməliyyatlarının, debitor və kreditorlarla hesablaşmaların aparılması;
∙ Vergi hesabatlarının hazırlanması (ƏDV; ÖMV; gəlir vergisi);
∙ Statistika hesabatlarının hazırlanıb, təqdim edilməsi;
∙ Mühasibatliq modulu üzrə 1 C əməliyyatlarının aparılması;
∙ Gömrük bəyannamələri ilə bağlı əməliyyatların icrası;
∙ Dövlət orqanları ilə yazışmaların aparılması.
Tələblər
∙ İqtisadiyyat, maliyyə və ya müvafiq sahədə ali təhsil;
∙ Mühasibatlıq üzrə ən azı 2 il iş təcrübəsi;
∙ 1C (8.3) proqramında işləmək bacarığı
∙ MS Office proqramları üzrə qabaqcıl istifadə biliyi;
∙ Komandada və təzyiq altında işləmə bacarığı;
∙ ACCA, CIMA sertifikatı olan (və yaxud təhsil alan) namizədlərə üstünlük verilir.
Əmək haqqı 600-1000 manat
CV-lərinizi foto ilə birlikdə [email protected]. elektron ünvana “ Mühasib” başlığı altında göndərməyiniz xahiş olunur.