Logistika direktoru
İş saatları: 09.00-18.00
- Ali təhsil 
- Rus və ingilis dili biliyi-əla səviyyədə 
- 3-5 il müvafiq vəzifədə iş təcrübəsi 
- İşgüzar danışıqlar aparma qabiliyyəti 
- Planlaşdırma, analiz və idarəetmə bacarığı 
- Loqistik sistemləri qurmaq bacarığı 
- Loqistik aspektləri (satınalma, ehtiyatların idarə olunması, nəqliyyatın təşkili və s.) bilmə 
- Təşəbbüskarlıq, liderlik, yaradıcı təfəkkür
İş barədə məlumat:
- Şirkətin satınalma, logistika əməliyyatlarının yerinə yetirilməsi və xarici əlaqələrinin təşkili 
- Yüklərin daşınmasına nəzarət, gömrükləşdirmə məsələlərinin təşkili, bazar araşdırması və təchizatçılarla görüş 
- Rəhbərlikdən görəcəyi işlər barədə tapşırıqlar alaraq zamanında yerinə yetirmək 
- Məhsulların xaricdən sifarişinin təşkili,  anbara məhsulun çatdırılmasına nəzarət və ehtiyatların idarə olunması 
- Loqistik sənədləşmənin aparılması və təkmilləşməsi 
- Loqistik əməliyyatların tələb etdiyi xərclərin qiymətləndirilməsi və analizi 
- Loqistik əməliyyatların effektivliyinin qiymətləndirilməsi və analizi 
- Anbarın idarə edilməsi üzrə cavabdeh olmaq 
- Təslimat işinin həyata keçirilməsinə cavabdeh olmaq 
- Çatdırılma sifarişinin emal edilməsi və daxil olan/çıxarılan mal üçün qaimənin verilməsi prosesinin idarə olunması 
- Anbar üzrə daxil olmaların/çıxarılmaların idarə olunması 
- Anbar inventarizasiyası müvafiq hesabatların hazırlanması 
- Mallara müvafiq sertifikatların alınmasının təşkili 
- Şöbə üzrə işçilər arasında iş bölgüsünün aparılması 
- Şöbə işçiləri ilə mütəmadi işlərin keçirilməsi 
- Əməliyyatların optimizasiyası üzrə proyektlərin keçirilməsi
CV-lərini "Logistika direktoru" qeydi ilə  [email protected]  mail ünvanına göndərməyiniz xahiş olunur. 
Yalnız yuxarıda qeyd olunan tələblərə uyğun  CV-lərə baxılacaq.