Kadrlar üzrə mütəxəssis

İşin təsviri

İşəgötürən:  “AZM  Trading” MMC

Vəzifə: Kadrlar üzrə mütəxəssis

Əmək haqqı: 500 AZN
Yaş həddi: 25-30
Cinsi: Qadın
İş yeri: Xətai ray., İzzət Orucova 16A

İşin təsviri:

• Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbul edilməsi, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi, işçilərin bir vəzifədən başqa vəzifəyə keçirilməsi ilə bağlı sənədlərin rəsmiləşdirilməsi;
• Elektron Hökumət Portalında işə qəbul, işdən azad və vəzifə dəyişikliyini etmək;
• İşçilərin şəxsi işlərinin formalaşdırılması, qeydiyyatının aparılması və dəyişikliklərin müntəzəm olaraq qeydə alınması;
• Məzuniyyət qrafiklərinin, məzuniyyət əmrlərinin tərtib edilməsi;
• Dövlət orqanlarına aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması və təqdim olunması;
• Vakansiyaların elan edilməsi və uyğun namizədlərin seçilməsi;

Tələblər:

• Ali təhsil;
• İnsan resursları sahəsində ən azı 3 il iş təcrübəsi;
• Əmək məcəlləsi üzrə biliklər;
• MS Office proqramları üzrə biliklər;
• Azərbaycan və rus dillərini bilməli, ingilis dili arzuolunandı;
• Yüksək ünsiyyət qurma bacarığı və komanda işinə uyğunluq;
• Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı.

İş qrafiki:

•  I-V günləri 09:00-18:00, şənbə günü 09:00-13:00

Maraqlanan xanım namizədlər mövzu yerində “Kadrlar üzrə mütəxəssis” yazmaqla şəkilli CV-lərini [email protected]  ünvanına göndərə bilərlər.

Xurcun/ AZM Trading LLC tərəfindən digər vakansiyalar