“Collezione Italia” fəaliyyət istiqaməti Avropa premium mebel brendlərinin və lüks interyer dizayn predmetlərinin (mebel və mətbəx, santexnika, divar örtükləri, divar kağızları, parket, qapı, pəncərə, pərdə, işıqlandırma, zəngin qab-qacaq kolleksiyası və ev üçün aksessuarların) satışı olan şirkəti üçün “Qab-qacaq satış təmsilçisi” vakansiyası elan edir.
Vəzifə barədə məlumat:
• Məhsul satışı məsləhəti və müştəri tələblərinə uyğun tədqiqatların aparılması və nəticələr barədə hesabatın hazırlanması və rəhbərliyə təqdim olunması;
• Qəbul olunmuş və ya müştərilərə təhvil verilmiş produksiyalarda aşkar olunmuş problem, qüsurlar və zəmanət işləri üzrə danışıqların həyata keçirilməsi.
• Ödəmə şərtləri və endirimlərin razılaşdırılması
• Hər bir yeni modelinin eksklyuziv olaraq müştəri ilə razılaşdırılıb təsdiqini aldıqdan sonra satınalma ilə əlaqə yaradılaraq sifariş edilməsi
• Satış üçün tələb olunan məhsulların anbardan alınması (sifariş hazırlanması, təsdiqi və aktla təhvil-təslim edilməsi)
Şərtlər:
- AR Əmək Qanunvericiliyinə əsasən sənədləşmə;
- Həftə ərzində 6 iş günü, istirahət- bazar günü
- İş saatı: 10:00-19:00
- Əmək haqqı AZN 600, +%
Tələblər:
- Ali təhsil
- Satış sferasında minimum 1-3 il iş təcrübəsi arzu olunandır;
- Dil bilgiləri: Azərbaycan və rus dillərində sərbəst yazı və danışıq qabiliyyəti;
- Ünsiyyət qurma bacarığı;
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Qab-qacaq satış təmsilçisi” sözlərini qeyd edərək [email protected] e-ünvanına göndərsinlər.
İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.