Vəzifənin adı: Teleskopik yükləyici / qaldırıcı səbət operatoru
Vəzifə öhdəlikləri:
• Yükqaldırma və yükboşaltma əməliyyatlarında, sahədə və ya digər xüsusi ayrılmış yerlərdə işləmək;
• Avadanlığı sahədə iş üçün təyin olunmuş yükqaldırma normalarına, işin təhlükəsizlik sisteminə və sürət məhdudiyyətlərinə və iş təhlükəsizlik normalarına uyğun olaraq idarə etmək;
• Servis üzrə menecerin tapşırıqlarını yerinə yetirmək və verilmiş bütün tapşırıqların öhdəsindən vaxtında gəlmək, habelə, müəyyən olunmuş Təhlükəsizlik qaydalarına riayət etmək;
• İstifadədən öncə texnikaya vizual texniki baxış keçirmək;
• Qaldırıcı və əyilmə mexanizimlərin işini yoxlamaq;
• Yalnız texniki təhlükəsizlik qaydalarına uyğun olan texnikanı işlətmək
• Bütün nasazlıqlar haqqında rəhbərliyə məlumat vermək;
Texnikanı təmiz və işlək vəziyyətdə saxlamaq;
Təhsil/Təcrübə:
• Orta texniki təhsil;
• Analoji sahədə 3 il iş təcrübəsi;
• Müvafiq sertifikat mütləqdir;
• Azərbaycan dilində sərbəst danışıq, yazmaq və oxumaq qabilliyyəti;
Əlavə məlumatlar:
• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• İş qrafiki: 5/7
• İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Teleskopik yükləyici / qaldırıcı səbət operatoru” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.