Laborant
Vəzifələri:
• Laboratoriyanın rəisinin və mühəndisinin sərəncam və tapşırıqlarını yerinə yetirməlidir;
• Laboratoriyanın laborantı əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə və sanitariya gigiyenası qaydalarına əməl etməlidir;
• Sınağın aparılmasını normativ texniki sənədlərin tələbinə uyğun aparılmalıdır;
• Sınaqları apararkən laboratoriya cihazlarından və kimyəvi reaktivlərdən təlimata uyğun istifadə edilməlidir;
• Reaktiv və materialların izafi sərfinə yol verməməlidir;
• Laboratoriyada xüsusi geyimlərdən və fərdi qorunma vasitələrindən istifadə etməlidir.
Təhsil/Təcrübə:
• Ali texniki təhsil (elektronika);
• Analoji sahədə 1 il iş təcrübəsi arzuolunandır;
• Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
• Azərbaycan və rus dillərini bilməli;
Əlavə məlumatlar:
• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• İş qrafiki: Növbəli iş qrafiki tətbiq olunur.
• İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Laborant” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.