Kran maşinisti

İşin təsviri

Vəzifənin adı: Kran maşinisti

Vəzifə öhdəlikləri:

• İstehsalat proseslərini təmin etmək üçün müxtəlif yüktutma vasitələri ilə təmin olunmuş körpülü kranları idarə edir;    
• Sexlərdə işin xarakterinə uyğun olaraq verilən tapşırıqları yerinə yetirir;
• Kranın yükqaldırma vasitələrinin, əyləc sisteminin, təhlükəsizlik cihazlarının və qurğularının vəziyyətini yoxlayır;
• Kranda aşkar olunmuş nöqsanların aradan qaldırılmasında iştirak edir;
• İşdən əvvəl kranın bütün mexanizmlərini və təhlükəsizlik cihazlarını yoxlayır;
• İşin sonunda iş yerini səliqəyə salır və yeni növbəni sahədə baş verənlərlə tanış edir;
• Avadanlıqlarda nizamlama və təmir işlərində iştirak edir;
• İş zamanı texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına əməl edir;
• Sahədə yerləşən yanğınsöndürmə vasitələrinin və avadanlıqların saz vəziyyətdə saxlanmasına və başqa məqsədlər üçün istifadə olunmamasına əməl edir;
• Texnoloji rejim normalarına,texnoloji reqlament və istehsalat təlimatlarına ciddi riayət etməli;
• Sex və növbə rəisinin istehsalata aid bütün göstərişlərini yerinə yetirməli;
• Zavodun rəhbərliyinin operativ göstərişlərini yerinə yetirməli;
• İstehsal olunmuş məhsulun təhlükəsiz daşınmasını və səliqəli yığılmasını yerinə yetirməli.

Təhsil/Təcrübə

• Orta texniki təhsil;
• Analoji sahədə 3 il iş təcrübəsi;
• Kran maşinisti sertifikatı mütləqdir;
• Azərbaycan dilində sərbəst danışıq, yazmaq və oxumaq qabilliyyəti;

Əlavə məlumatlar

• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• İş qrafiki: 5/7
• İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Kran maşinisti” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.