İnsan Resursları Departamentinin Mütəxəssisi

  • Smart Audit
  • Elanın qoyulma tarixi: 31.01.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

"SMART AUDİT" MMC  “İnsan Resursları Departamentinin Mütəxəssisi” vakansiyası üzrə işçi axtarır

Vəzifə təlimatları:

• Əmək qanunvericiliyinə, əsasnamə və təlimatlara əsasən müəssisə, idarə və təşkilatlarda işçilərin işə qəbulu, işdən çıxarılması, bir iş yerindən başqa iş yerinə keçirilməsi, vəzifəsinin dəyişilməsi, mükafatlandırılması, məzuniyyətin verilməsi və s. rəsmiləşdirilməsi;
• Əmək haqqının, bütün növ məzuniyyətlərin, ezamiyyətlərin  hesablanması;
• Əmək qabiliyyətinin müvəqqəti itirilməsi müavinətinin və sosial müavinətlərin hesablanması və electron sistemdə qeydiyyatdan keçirilməsi;
• Elektron hökumət portalında işçilərin işə qəbulu, işdən çıxarılması , vəzifə/əmək haqqı dəyişilməsinin həyata keçirilməsi;
• İşçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması,bütün növ məzuniyyətlərin rəsmiləşdirilməsi,  məzuniyyətdən vaxtında, tərtib edilmiş qrafik üzrə istifadə edilməsinə nəzarət edilməsi;
• Aylıq davamiyyət cədvəllərinin hazırlanması;
• Rüblük MDSS və işsizlikdən sığorta haqqı hesabatlarının göndərilməsi;
• Müştərilərə aylıq / həftəlik hesabatların (İşçi sayı, MDSS və işsizlikdən sığorta haqqı borcları və s. barədə) göndərilməsi;
• İstehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərindən işçilərin icbari sığortasının təmin edilməsi;
• İnsan Resursları departamentinə aid digər işlərin yerinə yetirilməsində departament menecerinə köməklik edilməsi.

Vəzifə ilə bağlı tələblər:

• Ali təhsil (İqtisadiyyat və Maliyyə sahəsində təhsilə üstünlük verilir);
• Müvafiq sahə üzrə (payroll üzrə təcrübənin olması mütləqdir) minimum 2 il iş təcrübəsinin olması mütləqdir;
• Əmək Məcəlləsi və digər normativ-hüquqi aktlar üzrə yüksək səviyyədə biliklər;
• Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
• Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
• Gündəlik deadline-lara ciddi riayət;
• Komandada işləmək bacarığı;
• Peşəkar inkişafa meyllilik;
• Riyazi biliklər və analitik düşüncə qabiliyyəti;
• Azərbaycan, ingilis və rus dillərində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı.

İş yeri : Cəfər Cabbarlı 609, Globus Center 12-ci mərtəbə;
İş günləri - həftədə 5 gün, 09:00-dan 18:00-dək;
Əmək haqqı: 600 - 700 AZN (əlavə olaraq bonuslar və digər motivasiya tədbirləri)

Göstərilən vəzifə üzrə maraqlanan namizədlərdən mövzu hissəsində “İnsan Resursları Departamentinin Mütəxəssisi” yazmaqla bu elektron poçt ünvanına CV göndərmələri xahiş olunur: [email protected]