Qarşılama üzrə mütəxəssis (receptionist)

İşin təsviri

Qarşılama üzrə mütəxəssis (receptionist)

Haqqımızda:

“Azerinteltek” QSC Azərbaycanın idman mərc oyunları sektorunda investisiya potensialını qiymətləndirmək məqsədi ilə 19 yanvar 2010-cu il tarixində təsis edilmişdir. “Azərinteltek” QSC-nin ticarət nişanı olan “TOPAZ” 2011-ci ildə Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru kimi fəaliyyətə başladı. “TOPAZ” 2013-ci ildə tazı yarışı oyunlarına start verməklə yanaşı, “Azərlotereya” ASC-nin lotereya məhsullarının satışına başladı. “TOPAZ” markası 2012-ci ildən etibarən Azərbaycan Premyer Liqasının sponsorudur. Bundan başqa, hazırda bütün Azərbaycan üzrə “TOPAZ”-ın təxminən 500 eksklüziv satış agenti var.

Vəzifə öhdəlikləri:

• Şirkətə gələn qonaqların qarşılanması;
• Daxili sənəd dövriyyəsinə nəzarət;
• Telefon zənglərinə cavab verilməsi;
• Məktubların qəbulu və yönləndirilməsi;

Vakant vəzifə üzrə tələblər:

• Ali və y aorta ixtisas təhsili;
• Azərbaycan və Rus dillərində mükəmməl danışıq və yazı bacarığının olması (İngilis dili arzu olunandır)
• Ofis proqramlarında sərbəst işləmək bacarığının olması
• İş qrafiki 5 günlük, 09-00 – 18-00

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  08 fevral 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu yerində Qarşılama üzrə mütəxəssis (receptionist) qeyd etməyinizi xahiş edirik.