Maliyyə nəzarəti şöbəsi, mütəxəssis

  • PASHA Life
  • Elanın qoyulma tarixi: 24.01.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vakansiya haqqında məlumat:

Struktur bölmə : Maliyyə nəzarəti şöbəsi
Vəzifə : Mütəxəssis
Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi) : 09:00-18:00
Son müraciət tarixi : 31 yanvar 2019-cu il

Əsas vəzifə öhdəlikləri:

1. Fəaliyyət növləri üzrə xərclərin müəyyənləşdirilməsi istiqamətində planlaşdırma və məlumatların toplanması funksiyalarını icra etmək;
2. Toplanmış məlumatları təhlil etmək və nəticələrin qeydiyyatını aparmaq;
3. Xərclərin uçotuna nəzarət etmək;
4. Uçot məlumatlarının keyfiyyətinin artırılması üçün mühasibat proqramında zəruri işləri görmək;
5. Toplanmış xərcləri analiz etmək, növbəti aylar üçün xərc proqnozlarını qurmaq;
6. Xərclərin fəaliyyət növləri, məhsul, satış kanalları üzrə uçotunu təşkil etmək;
7. Məhsul üzrə aylıq, rüblük və illik gəlirlilik hesabatlarını hazırlamaq;
8. Xərclərdə büdcə kənarlaşmalarını analiz etmək, büdcənin qurulmasında iştirak etmək.

Namizədə olan tələblər:

İş təcrübəsi : Sahə üzrə minimum 2 il iş təcrübəsi tələb olunur;

Təhsili/ixtisası : Maliyyə və ya Mühasibat uçotu ixtisasları üzrə ali təhsil tələb olunur;

Dil bilikləri : Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərini yaxşı səviyyədə bilməlidir;

Kompüter bilikləri : MS Office; Mühasibat uçotu proqramlarında işləmək bacarığı.;

Üstünlüklər: Xidmət sektorunda xərc mühasibi vəzifəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir;

Fərdi keyfiyyət tələbləri : Nəticəyə əsaslanma, komanda işi və əməkdaşlıq, biznes tərəfdaşlığı, inam yaratma,  problem həlletmə, keyfiyyət yönümlülük.

İmtiyazlar: Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az, (012) 942

Vakansiya üçün müraciət qaydası : CV-lər “Maliyyə nəzarəti” mövzusu ilə [email protected] ünvanına göndərilməlidir.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi