Interior Designer

  • Santral
  • Elanın qoyulma tarixi: 17.01.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Interior Designer

Vəzifə və öhdəliklər:

• Mövcud brendlər üzərində interyer dizaynlarını hazırlamaq;
• Showroom-da müştərilərə dizayn və interyer xidmətlərini göstərmək;
• İllüstrasiyaları və materialların eskizlərini tərtib etmək, rəhbərliklə müzakirə etmək və müvafiq dəyişiklikləri tətbiq etmək;
• Bədii və dekorativ effektlərin əldə edilməsi üçün müvafiq vasitələrdən istifadə etmək;
• Tərtibat prinsipləri və estetik dizayn konsepsiyaları əsasında dizayn, konsepsiya və nümunə tərtibatlarını yaratmaq;
• Əyani materialın ölçüsünü və quruluşunu müəyyən edib, üslubu və tipin ölçüsünü seçmək;

Namizədə olan tələblər:

• Interyer dizayn sahəsində ən azı 1 il peşəkar iş təcrübəsi; 
• 3D MAX, AutoCad, Adobe Illustrator, Adobe Photoshop, Corel Draw, After Effects, proqramlarında peşəkar səviyyədə işləmə qabiliyyəti.

Şərtlər:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Şirkət hesabına nahar;
• Əmək haqqı müsahibə əsasında razılaşdırılır.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Dizayner” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq)  [email protected]  elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.