Anbardar

  • Company
  • Elanın qoyulma tarixi: 17.01.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə - Anbardar

Əsas vəzifə və öhdəliklər:

- Anbar işini idarə etmək,malların  qəbulu ,onların saxlanılması, buraxılması və uçotu ilə bağlı işləri təşkil etmək;
- Məsuliyyətində olan anbarın təmiz və səliqəli vəziyyətdə saxlamaq,malların bütövlüyünü və keyfiyyət göstəricilərinə birbaşa məsuliyyət daşımaq;
- Anbarda olan malların təhlükəsizliyindən cavabdeh olmaq;
- İş gününün əvvəlində və sonunda STOK  təftişini etmək;
- Anbara daxil olan sifarişləri gecikdirmədən, effektiv yığmaq və hazır vəziyyətə gətirmək;
- Təhvil-təslim proseduruna tam əməl etmək;
- Anbarda olan mal-materialın invertarlaşmasında iştirak etmək;
- Malların satış üçün yararlılığını yoxlamaq və təchizat şöbəsinə məlumat vermək;

Namizədə aid tələblər:

- 20-35 yaş arasında
- 3 il anbar sahəsində təcrübə olması;
- Diqqətli və məsuliyyətli olması.

İş şəraiti:

AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
Həftədə 6  iş günü, 1 gün istirahət;
Əmək haqqı: 400-500 AZN.

E - mail :  [email protected]