Mexanika mühəndisi

  • PMD Group
  • Elanın qoyulma tarixi: 13.01.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“PMD Projects” MMC təcrübəli və səriştəli heyəti ilə Azərbaycanın müxtəlif bölgələrində yaşayış binalarının, mehmanxanaların, kənd təsərrüfatı təyinatlı obyektlərin, sənaye müəssisələrinin layihələndirilməsi və tikintisini, eləcə də  müxtəlif biznes obyektlərinin təmir və bərpası işlərini həyata keçirir.

Hal-hazırda şirkətimizdə Mexanika mühəndisi vakansiyası üzrə iş imkanı mövcuddur:

Vəzifə öhdəlikləri:

 Layihənin mexanika bölümünü dərindən araşdırılmaq və düzgünlüyünü yoxlamaq
 Mexanika layihələrini layihəçi və subpodratçı ilə müzakirə etmək
 Mexanika işləri üzrə subpodratçının  işinin keyfiyyətinə nəzarət etmək
 Layihə cizgilərinin digər mühəndislik sahələri və memarlıq cizgiləri ilə koordinasiyasını təhlil etmək
 Layihə şirkətlərindən təhvil alınan mexaniki layihələrin standartlara uyğunluğunu, sistemin tam şəkildə işləkliyini yoxlamaq və aşkar olunan problemli sahələri layihəçi şirkətlərə və öz rəhbərinə bildirmək
 Mexanika layihələri üçün seçilən cihaz və avadanlıqların seçiminin düzgünlüyünü yoxlamaq və layihəçi ilə görüş təşkil edərək sistemlərin təhlilini aparmaq
 Mexaniki işlərə aid bütün sistemlər üçün tender sənədlərinin hazırlanmasında texniki dəstək vermək və inkişaf etdirmək
 Tender prosesində şirkətlərdən gələn təklifləri texniki baxımdan dəyərləndirmək və qiymətləndirmək
 Tikinti sahəsində mexaniki işlərin təhlili, yoxlanılması və koordinasiyanı təşkil etmək
 Mexaniki cihazların təsdiq edilmiş layihə sənədləri və göstəriciləri əsasında spesifikasiyalarını təyin etmək
 Layihənin yekununda son texniki dəyərləndirməni və yoxlanmanı yerinə yetirmək
 Mexanika avadanlıqlarının quraşdırılması və onların testini idarə etmək
 Yeni layihələrə cəlb olunduqda, mexanika sistemləri üzrə ilkin analiz və dəyərləndirməni yerinə yetirmək
 Mexanika üzrə texniki hesabatları yerinə yetirmək

Tələblər:

 Müvafiq sahə üzrə azı 2 il iş təcrübəsi. Mülki tikinti sahəsində iş təcrübəsi arzuolunandır
 Mühəndislik ixtisası üzrə ali təhsil
 Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili – yaxşı
 Kompüter bacarıqları: MS Office, Autocad
 Məsuliyyətli, intizamlı olmaq

Maraqlanan şəxslərdən CV və ya Müraciət ərizələrini vəzifə adı göstərilməklə [email protected] ünvanına göndərmələri xahiş olunur.
Yalnız uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi