Müqavilələr üzrə mütəxəssis

  • PMD Group
  • Elanın qoyulma tarixi: 13.01.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“PMD Projects” MMC təcrübəli və səriştəli heyəti ilə Azərbaycanın müxtəlif bölgələrində yaşayış binalarının, mehmanxanaların, kənd təsərrüfatı təyinatlı obyektlərin, sənaye müəssisələrinin layihələndirilməsi və tikintisini, eləcə də  müxtəlif biznes obyektlərinin təmir və bərpası işlərini həyata keçirir.

Hal-hazırda şirkətimizdə Müqavilələr üzrə mütəxəssis vakansiyası üzrə iş imkanı mövcuddur:

Vəzifə öhdəlikləri:

 Tender müqavilələrini hazırlamaq (bölmələrini yığmaq), tamlığına/bütövlüyünə nəzarət etmək, icra olunacaq işin predmetinə uyğunlaşdırmaq;
 Müqavilə danışıqlarını aparmaq;
 Müqaviləyə əlavələri hazırlamaq;
 Müqavilələrinin razılaşdırılmış şərtlər çərçivəsində icrasına nəzarət etmək;
 Müqavilənin icrası zamanı yaranmış problemləri analiz etmək və müvafiq tədbirlər görmək;
 Müqavilələrin reyestrini aparmaq.

Tələblər:

 Humanitar (Hüquq, İqtisadiyyat, Biznesin İdarə Olunması, Beynəlxalq əlaqələr və s.) sahələrdə ali təhsil. Hüquq bilikləri (xüsusilə kommersiya hüququ) olanlara üstünlük verilir;
 Kompüter biliyi: MS Office;
 Azərbaycan dilində yüksək və ingilis dilində ən azı orta səviyyədə danışmaq və yazışmaları aparmaq bacarığı. Rus dilini bilməsi arzuolunandır;
 Oxşar vəzifə öhdəlikləri üzrə ən az 2 il iş təcrübəsi;
 Mühasibat və layihələrin idarə olunması konseptləri üzrə minimal anlayış;
 Müqavilələrin icrası zamanı yarana biləcək riskləri öncədən dəyərləndirmə bacarığı;
 Satınalma müqavilələri ilə işləmə və analiz etmə bacarığı;
 Yaxşı analitik və peşəkar ünsiyyət, danışıqlar aparma bacarıqları;
 Operativlik, çevik qərarvermə, eyni vaxtda çoxsaylı məsələləri idarə edə bilmə və vaxtdan düzgün istifadə bacarıqları;

Maraqlanan şəxslərdən CV və ya Müraciət ərizələrini vəzifə adı göstərilməklə [email protected] ünvanına göndərmələri xahiş olunur.
Yalnız uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi