Keyfiyyətə Nəzarət və Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik üzrə Menecer

İşin təsviri

Şirkətin adı: “Modern Group of Companies MMC

Modern Group of Companies fərqli sektorlarda fəaliyyət göstərən şirkətləri tərkibində birləşdirərək ölkə iqtisadiyyatına töhfə verməklə yanaşı mindən artıq təhsilli insana iş imkanları yaradır. Fəaliyyət göstərdiyi sektorlarda ; Meyvə Şirəsi və qazsız içki istehsalı, Tibb Mərkəzi, tekstil  və s., lider olmağı hədəfləyən şirkətlər qrupu insan resurslarının idarə edilməsi, istehsalatın keyfiyyətinin artırılması, xidmət səviyyəsinin yüksəldilməsi sahələrində dünyanın tanınmış şirkətləri ilə əməkdaşlıq edir və gələcək planlarını həyata keçirmək üçün daxili müştəri ( işçilər) məmnuniyyətinə xüsusi önəm verir.

İşin adı: Keyfiyyətə Nəzarət və Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik üzrə Menecer

İş yeri:  Bakı şəh. Nərimanov rayonu, Əhməd Rəcəbli 19A
İş təcrübəsi: minimum 5 il
Əmək haqqı: Qarşılıqlı razılaşma əsasında müəyyən olunacaq
İş qrafiki : 5 günlük (09:00 – 18:00)

Vəzifə öhdəlikləri:

Keyfiyyətə Nəzarət

• Holdinqə daxil olan müəssisələrdə keyfiyyətə nəzarət sisteminin qurulması;
• Keyfiyyətə nəzarət sahəsində prosedur qaydaların hazırlanması və tətbiq olunmasına nəzarət edilməsi;
• Keyfiyyətə nəzarət işlərinin təşkili üçün iş planının tərtib edilməsi;
• Məhsulların keyfiyyətinin yaxşılaşdırılması, daxili və xarici bazarların tələbatına uyğunlaşdırılması üçün tədbirlərin hazırlanması və həyata keçirilməsinin təmin edilməsi;

• İllik plana əsasən audit proqramlarının hazırlanması və plana uyğun olaraq daxili yoxlamaların həyata keçirilməsi;
• Aparılmış yoxlamalar əsasında hesabatların hazırlanması və Holdinq rəhbərliyinə təqdim edilməsi;
• Keyfiyyətə nəzarət sahəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ – hüquqi aktların tələblərinin yerinə yetirilməsinə nəzarət edilməsi;
• Keyfiyyətə nəzarət üzrə müəssisələrdə mövcud olan mütəxəssislərin işinin idarə olunması və hesabatlılığın təmin edilməsi.

Əməyin Mühafizəsi və Texniki Təhlükəsizilik

• Əməyin mühafizəsi və Terxniki Təhlükəsizlik sahəsində Holdinqə daxil olan müəssisələrin siyasətinin müəyyən edilməsi;
• Ölkə qanunvericiliyi və Beynəlxalq tələblərə cavab verən prosedur qaydalarının hazırlanması və tətbiqinə nəzarət;
• Müəssisələrdə mövcud SƏTƏM əməkdaşlarının işinin təşkili və onların bilik və bacarıqlarının inkişaf etdirilməsi;
• SƏTƏM üzrə vaxtaşırı yoxlamaların aparılması, risklərin aşkarlanması və müvafiq qabaqlayıcı tədbirlərin görülməsi;
• SƏTƏM üzrə dövri hesabatların hazırlanması və Holdinq qərhbərliyinə təqdim olunması

Namizədə tələblər:

• Ali təhsil;
• Müvafiq sahədə minimum 5 il iş təcrübəsi;

Namizədlərdən xahiş olunur ki, şəkil əlavə olunmuş tərcümeyi hallarını   [email protected] e-mail ünvanına 31.01.2019 cü il tarixinə qədər mövzu yerində “Keyfiyyətə Nəzarət və Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik üzrə Menecer” qeyd edərək göndərsinlər. Vəzifə tələblərinə uyğun olmayan müraciətlərin namizədliyinə baxılmayacaqdır.