Tətbiqi bank proqram təminatlarının dəstəklənməsi şöbəsinə namizəd

İşin təsviri

“ABB” ASC  Tətbiqi bank proqram təminatlarının dəstəklənməsi şöbəsinə əməkdaşlar axtarışındadır.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Proqram təminatlarının yaradılması;
 Gələcəkdə istifadə üçün yenidən istifadə oluna bilən kodlarin və kitabxanaların yazılması;
 Rahatlıqla dəyişilə bilən və təhlükəsiz həllərin arxitekturasının  qurulması;
 Mürəkkəb biznes prosesləri sürətli öyrənmək və avtomatlaşdırılması üçün proqram təminatlarının yazılması;
 Mütəmadi olaraq yeni texnoloqiyaların araşdırmaq və öyrənmək;
 SQL,PL/SQL sorğuların yazılması və optimallaşdırılması;
 Verilənlər bazasının təhlükəsizliyinin,stabilliyinin və performansın qorunması;
 Hesabatlıq üçün yüksək performanslı sorğuların yazılması.

Vakant vəzifə üzrə tələblər:

 Ali təhsil;
 Sahə üzrə minimum 1 il iş təcrübəsi
 Analatiki bacarıqlar, vaxtın idarəedilməsi və problemləri həll etmək bacarığı;
 Tələb olunan proqram bilikləri: JAVA, Oracle SQL, Oracle PL/SQL;
 RDBMS üzrə dərin biliklər arzuolunandır.

Bu iş sizə nələri qazandıracaq:

 Bankın iş proseslərini dərindən öyrənmə imkanları;
 İdarəetmə və müvafiq sahədə özünüzü reallaşdırmaq imkanları;
 Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  5 fevral 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Tətbiqi bank proqram təminatlarının dəstəklənməsi şöbəsinə namizəd” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az