Hüquqşünas

  • Wentto
  • Elanın qoyulma tarixi: 13.01.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında:

Wentto Electronics” MMC 2010-cu ildən başlayaraq fəaliyyət göstərir. 2012-ci ildən isə ölkənin ilk mobil operatoru olan Bakcell`in rəsmi dileri olaraq fəaliyyətinə davam edir. Şirkət Apple, Samsung, LG, Xiaomi, Panasonic, HP, Lenova, Canon, Nikon, Gree, Braun Philips, Eurolux, İtaltherm və s. məşhur brendlərin satışını həyata keçirir.

İnşaatçılar, Nizami və Elmlərdə yerləşən mağazalarında müxtəlif geniş çeşid imkanına malik mobil telefonlar, televizorlar, planşetlər, kompüter və fotoaparatlar videokameralar, müxtəlif növ məişət texnikaları, kondisioner, sobalar, həmçinin, istilik sistemləri təqdim etməklə yanaşı Bakcell operatorunun məhsullarının satışında və bu sahədə vətəndaşlara xidmət göstərməkdə qabaqcıl yer tutmaqda davam edir.

Vakansiya: Hüquqşünas

Tələblər:

• Təhsil: ali hüquq təhsilli;
• Məhkəmə qərarlarının icrasına nəzarət sahəsində iş təcrübəsi; (icra şöbələrində iş təcrübəsi olanlara üstünlük veriləcəkdir)
• İcra və digər qanunvericilik biliyi;
• Qanun və ya digər normativ-hüquqi aktları bilmək və tətbiq etmək bacarığı;
• MS Office (Word, Excel) proqramlarını bilməli;
• Yaş həddi: 22-35.

Ümumi vəzifə öhdəlikləri:

• Məhkəmə qərarlarının icrasına nəzarət etmək;
• İcra məmurları ilə görüşlər həyata keçirərək icra sənədinin icrası üçün lazımi tədbirləri təşkil etmək;
• Zəruri sənədlərin hazırlanması və aidiyyəti üzrə göndərilməsi.

İş şərtləri:

• İş yeri: Baş ofis;
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• İş vaxtı: həftənin 6 günü, saat 10:00-dan 19:00-dək;
• Telefon danışıqları, nəqliyyat və nəqliyyat xərcləri şirkət tərəfindən təmin edilir;
• Əmək haqqı müsahibə əsasında (əmək haqqı ilə yanaşı bonus sistemi tədbiq edilir).

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Hüquqşünas” şəklində göstərməklə [email protected] elektron ünvanına göndərə bilərsiniz.
 
Qeyd: Fotoşəkil əlavə edilməmiş cv qəbul edilməyəcəkdir.