Əməyin mühafizəsi mütəxəssis/Aparıcı mütəxəssis/Baş mütəxəssis/Menecer

  • Access Bank
  • Elanın qoyulma tarixi: 07.01.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əməyin mühafizəsi mütəxəssis/Aparıcı mütəxəssis/Baş mütəxəssis/Menecer (1 Vakant yer. Namizədin təcrubə və biliklərinən asılı olaraq vəzifənin dərəcəsi təyin olunacaq)

Əsas vəzifələri

 Müəssisədə əməyin mühafizəsi işinin təşkili və əlaqələndirilməsi.
 Müəssisənin işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət.
 İstehsalatda bədbəxt hadisələrin, peşə xəstəliklərinin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlayır və həyata keçirilməsinin təşkil edilməsinə çalışmaq.
 İşəgötürənə və işçilərə əməyin mühafizəsi üzrə məsləhətlər vermək

Əməyin mühafizəsi xidmətinin funksiyaları

 İşçilərin əməyin mühafizəsinə dair təlimatların işlənib hazırlanması və tətbiqi.
 Yeni işə qəbul olunmuş işçilərə əməyin mühafizəsinə dair giriş təlimatının keçirilməsi.
 İşçilərə əməyin mühafizəsinə, texniki təhlükəsizliyə dair növbəti və növbədən kənar təlimat keçmək.
 Təlimat jurnallarının imzalanmasına nəzarət.
 Əməyin mühafizəsinə dair illik tədbirlər planı hazırlamaq və razılaşdırmaq.
 Əməyin mühafizəsinə dair İllik Tədbirlər planının yerinə yetirilməsinə nəzarət.
 Əməyin mühafizəsi işçiləri üçün mütəmadi seminarların və treninqlərin keçirilməsini təşkil etmək.
 Əməyin mühafizəsi işçilərinin gündəlik işlərinə nəzarət.
 Əməyin mühafizəsi işçilərinin effektiv işinin qiymətləndirilməsi meyarlarının tərtib olunması.
 Əməyin mühafizəsi işçilərinə verilmiş tapşırıqların icrasına nəzarət.
 İşçilərin əməyin mühafizəsinə dair bilik səviyyəsinin yoxlama protokollarının hazırlanmasına nəzarət.
 Daxili qrafikə uyğun, baş ofisdə və filiallarda əməyin mühafizəsi və texniki təhlükəsizlik işinin vəziyyətini yoxlamaq.
 Tələb olunan peşə sahiblərinə tibbi müayinələrin təşkili və nəzarət.
 Obyektin tikilməsi, ventilyasiya, işıqlandırma, yanğın təhlükəsizliyi və sanitar-məişət şəraitinin yaradılması layihələrinə nəzarət etmək.
 İşçilərin sağlam və təhlükəsiz iş şəraiti ilə təmin edilməsinə nəzarət etmək.
 Əməyin mühafizəsinə dair yazılı göstərişlər vermək və icrasına nəzarət etmək.
 İşçilərin, əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi haqqında biliklərinin yoxlanması üzrə komissiyanın işinə nəzarət.
 İşçilərin şikayət və təkliflərinin qeydiyyatını aparmaq və tabe olduğu şəxsə təqdim etmək.
 Günün istənilən vaxtında heç bir maneə olmadan işlədiyi bankın binalarına baxış keçirmək, əməyin mühafizəsi üzrə sənədlərlə tanış olmaq;
 Filiallarda aşkarlanan nöqsanların aidiyyatı üzrə catdırılması.
 Sənədlərin yığılmasına nəzarət.
 Gündəlik daxil olan və E-mail vasitəsi ilə göndərilən sənədlərə və məktublara nəzarət.
 Əməyin mühafizəsi üzrə peşəkar işçi heyətinin seçilməsi.
 Təkliflərin verilməsi.  Bankın bölmələrində əmək şəraitinin və əməyin mühafizəsi vəziyyətini yoxlamaq, əməyin mühafizəsi üzrə qanunvericiliyin yerinə yetirilməsində və digər normativ aktlar üzrə müəyyən edilmiş nöqsanları aradan qaldırmaq haqqında vəzifəli şəxslərə və digər məsul işçilərə icrası məcburi olan göstərişlər vermək.
 İşəgötürən və ya onun vəzifəli şəxsləri ilə razılaşmaqla əməyin mühafizəsi vəziyyətinin yoxlanılmasına müvafiq mütəxəssisləri cəlb etmək;
 Əməyin mühafizəsi məsələləri üzrə bankın bölmələrinin rəhbərlərindən müvafiq sənədlər tələb etmək və yoxlamaq, əməyin mühafizəsi üzrə normativ hüquqi aktları pozanlardan yazılı izahat tələb etmək;
 İnsan Resursları Departamentinin rəhbərinin tapşırığı ilə əməyin mühafizəsi məsələləri müzakirə edilərkən dövlət orqanlarında və ictimai təşkilatlarda müəssisəni təmsil etmək.
 Müəyyən olunmuş qaydada əməyin mühafizəsi üzrə təlimat keçməyən, bilikləri yoxlanılmayan və ya əməyin mühafizəsi üzrə qaydaları, normaları və təlimatları kobud surətdə pozan işçilərin işdən kənarlaşdırılmasını bölmə rəhbərlərindən tələb etmək;
 Baş ofisdə, restoranda sanitar gigiyena qaydalarına nəzarət.
 Aylıq hesabatın hazırlanması və tabe olduğu şəxsə təqdim edilməsi.
 İllik hesabatların hazırlanması və tabe olduğu şəxsə təqdim edilməsinin təşkili.
 İnsan Resursları Departamentinin Rəhbərinin verdiyi bütün tapşırıqları yerinə yetirmək.

Namizədlərə dair irəli sürülən tələblər:

 Ali təhsil
 Azərbaycan dilini səlis bilməli; Rus və ingilis dilini bilənlərə üstünlük verilir;
 SƏTƏM və ya əməyin təhlükəsizliyi üzrə ən azı 1 il iş təcrübəsinin olması;
 SƏTƏM üzrə tələb olunan uyğun sertifikatların olması;
 Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
 MS ofis proqramlarından yaxşı istifadə etmək bacarıqları.

Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

İşəgötürənin reytinqi