Audit şöbəsinin rəhbəri

  • Company
  • Elanın qoyulma tarixi: 02.01.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: Audit şöbəsinin rəhbəri

Vəzifə öhdəlikləri:

• Risklərin qiymətləndirilməsi əsasında DAX planının hazırlanması
• Maliyyə hesabatlarının dəqiqliyini, etibarlılığını, mühasibat uçotu məlumatları sisteminin düzgün tətbiqini nəzarətdə saxlamaq
• İT Auditin təşkili
• Daxili nəzarət sistemlərinin effektivliyi və uyğunluğunun yoxlamaq və qiymətləndirmək
• Daxili audit xidmətinin fəaliyyətini beynəlxalq daxili audit standartlarına uyğun yerinə yetirilməsini təmin etmək

Tələblər:

• Ali təhsil (Hüquq və ya İqtisadi təhsil arzu olunandır)
• Audit və ya maliyyə sahəsində iş təcrübəsi – 3 ildən artıq
• MS Office, xüsusilə Excel proqramını yüksək səviyyədə bilməlidir
• “Big Four” audit şirkətlərində iş təcrübəsi arzuolunandır
• CİA sertifikatı olanlara üstünlük veriləcək

İş şəraiti:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki: I-V günlər, 09:00-18:00
- Əmək haqqı – 2000 AZN

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Audit şöbəsinin rəhbəri” qeyd edərək CV formasını [email protected] elektron ünvanına göndərmək xahiş olunur.