Mühəndis

  • Otel
  • Elanın qoyulma tarixi: 17.12.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət:  Otel

Vakansiya: Mühəndis

Namizədin  öhdəliklər:

• Effektiv və məhsuldar iş qrafiki hazırlayır, bu qrafiklərə riayət olunmasına nəzarət edir.
• Mehmanxananın ehtiyaclarına uyğun olaraq texniki xidmət qrupunun iş qrafikini hazırlayır.
• Bütün qurğu və sistemlərin daima yaxşı və işlək vəziyyətdə olmasını təmin edir.
• Texniki xidmət işçilərinin soyuducu, qaynama qazanları (boyler), soyuducu kamera, kondisionerlər, nasoslar, avtomatik nəzarət sistemləri, elektrik şəbəkəsi, sanitar qovşaqlar, isti və soyuq su sistemləri və s. kimi sistemlərin işində yaranana fasilələr və ya hamin sistemlərin xarab olması zamanı gördüyü işləri koordinasiya etməli və ya birbaşa özü müdaxilə etməlidir.
• Yanğından mühafizə sistemlərinin işləyib-işləməməsini müntəzəm olaraq yoxlayır.
• Bütün sistem və proseduraların cari şərtlərə  uyğunlaşdırılmasını və otelin standartlarına əməl olunmasını təmin etməli
• Texniki xidmət işçilərinin və kənar podratçıların işçilərinin fəaliyyətinə nəzarət etməli və əsas diqqəti onların işlərinin mehmanxananın keyfiyyət standartlarına uyğun olmasına yönəltməli.
• Anbara vaxtaşırı baxış keçirir və ehtiyat hissələrin vaxtından kifayət qədər əvvəl gətirilməsini təmin edir ki, təmir işlərində ləngimə olmasın.
• Aqreqat və qurğu bölmələrinin (otaqlarının) daima təmiz və səliqəli olmasını, lazımsız əşyaların bu bölmələrdə saxlanmamasını təmin edir.
• Mehmanxananın   enerji təminatı məqsədilə elektrik cərəyanı, qaz, su və digər vasitələrdən necə  istifadə edildiyinə nəzarət edir və sərf olunan vasitələrin müştərilərin rahatlığına xələl gətirmədən necə azaldıla biləcəyi haqqında araşdırma aparmalı
• Bütün sistemlərin necə işlədiyi haqqında bütün qurğu və avadanlıqların avtomatik işləməsini təmin edəcək, mehmanxana bölmələrində temperaturun yoxlanması və lazım gələrsə normaya qaytarılmasını təmin edəcək dərəcədə ətraflı məlumatı var.
• Texniki xidmət və təmir proqramına lazımi qaydada əməl edilməsini və sistem və avadanlıqların (qəza işıqlandırması, yanğın həyəcanı, sprinkler sistemi) test edilməsi üçün lazım olan sənədlərə, qeyd kitabçalarına, cədvəllərə  qeydlərin vaxtlı-vaxtında girilməsini təmin edir.
• Əməyin təhlükəsizliyi və mühafizəsi qaydalarına necə əməl olunduğuna daima  nəzarət edir və riskli vəziyyətlərə aid yerli qanunvericilikdə nəzərdə tutulan proseduralar haqqında tam məlumata malikdir.
• İşçiləri RİSK təlimatlarındakı standartlara uyğun təlimatlandırır. 

Namizəddən tələblər:

• Müvafiq sahədə minimum 3 il iş təcrübəsi
• Ali təhsil bakalavr səviyyə
• Etik davranış qaydalarına sahib olmalı
• Diqqətli, məsuliyyətli və cəld 
• Komandada işləmək bacarığı
• Gülərüzlü və hörmətli olmalı 
• Dinləmə mədəniyyəti
• Müştəri ilə ünsiyyət qurmağı bacarmalı
• Dil biliklərinin olması təqdirəlayiqdir
• Otel sahəsində təcrübəsi olanlara üstünlük veriləcək

 Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiya adı qeyd olunmaqla  [email protected]  elektron ünvanına göndərmələri xahiş olunur.

Otel tərəfindən digər vakansiyalar