Fənn və ibtidai sinif müəllimləri, tyutorlar

İşin təsviri

Lənkəran şəhərində fəaliyyətə başlayan Təhsil Kompleksi 2019-2020-ci tədris ili üzrə bütün fənn müəllimləri və tyutorların (sinif paralelinin rəhbərləri) qəbulunu

ELAN EDİR

Təhsil Kompleksində tədris Azərbaycan dilindədir. Kompleksdə ikinci tədris dili ingilis dilidir.
Təhsil Kompleksində Cambridge, Montesorri, Recio Emilia, TRİZ, Debat və Skautinq kimi Beynəlxalq təhsil modelləri tətbiq edilir.

Təhsil Kompleksində xaricdə təhsil və beynəlxalq imtahanlara (IELTS, TOEFL, SAT, YÖS və s. kimi ) hazırlıq üzrə xidmətər göstərilir.

Təhsil Kompleksi şagirdlərin fərdi qabiliyyətlərinə görə inkişafını dəstəkləmək və onların müvəffəqiyyətini artırmaq məqsədilə müasir təlim-tədris proqramlarını həyata keçirir.

Şagirdlərin qəbulu məktəbə hazırlıq, ibtidai, orta və yuxarı siniflər üzrə aparılır.

Kompleksdə xüsusi təlim və öyrənmə imkanları, ixtisaslaşmış laboratoriyalar, kitabxana, musiqi və incəsənət mərkəzləri, bədənsal mədəniyyəti inkişaf etdirən idman zalı, açıq hava fəaliyyətləri üçün sahə, ritmika-xoreoqrafiya studiyası, dram, musiqi, art-texnologiya (tətbiqi incəsənət) üzrə sənətkarlıq mərkəzi, yeməkxana və akt zalı mövcuddur. Kompleksdə şagirdlər üçün müasir tipli yataqxana fəaliyyət göstərir.

Ərizələrin qəbulu qaydaları

Maraqlanan şəxslərin aşağıda qeyd olunmuş formaya uyğun CV-lərini [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.  CV-ni göndərərkən elektron poçt ünvanının mövzü hissəsində sənədlərin hansı fənn və vəzifə üzrə verildiyi qeyd edilməlidir. Yalnız, seçilmiş namizədlərə müsahibə haqqında məlumat veriləcəkdir. Müsabiqədə Lənkəran və ətraf rayonlarla yanaşı, Azərbaycanın bütün bölgələrindən namizədlər iştirak edə bilərlər.

Qəbul aşağıdakı mərhələlər üzrə aparılır:

- Namizədlərin elektron müraciətlərinin toplanması (CV-lər);
- Namizədlərlə bilik və bacarıqlar testlərinin keçirilməsi;
- Namizədlərin fənn üzrə biliklərinin yoxlanılması;
- Namizədlərlə psixoloji testlərin keçirilməsi və esse;
- Müsahibə
- Təlimlər

Qeyd olunmuş mərhələləri müvəffəqiyyətlə keçmiş namizədlərin müasir təlim metodları və texnologiyaları üzrə bacarıqları dərs nümayişi vasitəsilə qiymətləndiriləcəkdir.
Əməkdaşların bilik və peşəkar bacarıqlarına uyğun olaraq əmək haqqı yüksəkdir.
CV formasını buradan yükləyin!

Suallarınız üçün:

Həftənin 1- 5-ci günləri, saat 9:00-dan 18:00-a kimi 051 229 40 29 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.