Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Lənkəran qəza Xalq Maarif Şöbəsi yaradılmışdır. 1930- cu ildə Lənkəran rayonu təşkil olunmuş və Lənkəran Rayon Xalq Maarif Şöbəsi fəaliyyətə başlamışdır.
1971 - ci ildə Lənkəran şəhər statusu aldıqdan sonra şəhərin təhsil müəssisələrini özündə birləşdirən Lənkəran Şəhər Xalq Maarif Şöbəsi yaradılmışdır. Lənkəran Şəhər İcra Hakimiyyətinin 24 sentyabr 1992 – ci il tarixli, 318 nömrəli sərəncamı ilə paralel fəaliyyət göstərən rayon və şəhər Xalq Maarif Şöbələri birləşdirilmiş və bu əsasda Lənkəran Şəhər Xalq Təhsil Şöbəsi yaradılmış, 12 mart 1993- cü il tarixdən Lənkəran Şəhər Təhsil Şöbəsi adlanmağa başlamışdır.
Hazırda Şəhər Təhsil Şöbəsinin tabeliyində 89 ümumtəhsil məktəbi, o cümlədən 72 tam orta, 14 ümumi orta, 3 ibtidai məktəb, 5 məktəbdənkənar tərbiyyə müəssisəsi ( Şəhər Uşaq Gənclər İdman məktəbi, Şəhər Şahmat məktəbi, Şəhər Uşaq Yaradıcılıq mərkəzi, Şəhər Teniki Yaradıcılıq Mərkəzi və Şəhər Ekoloji Tərbiyə və Təcrübəçilik mərkəzi ) fəaliyyət göstərir.