Təcrübəçi

İşin təsviri

Təcrübəçi Vakansiya!

Təcrübə keçmək istiyənlərin nəzərinə!

Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası (ANİİA) könüllü əsaslarla təcrübə keçmək arzusunda olan tələbə və gəncləri əməkdaşlığa dəvət edir. Təcrübəçi kimi fəaliyyət göstərmək istəyən gənclər Assosiasiyada 6 ay müddətində təcrübə keçmək imkanı qazanacaqlar.

İşin təsviri:

- Təlim və tədbirlərin təşkil olunması
- Həftəlik bülletenlərin hazırlanması
- Kənd təsərrüfatı sahəsində araşdırmaların aparılması və icmalların hazırlanması
- Daxil olan və çıxan emailləri nəzarətdə saxlanması, cavablandırılması və arxivləşdirilməsi
- Müvafiq sənədlərin tərtibi və arxivləşdirilməsi
- Üzvlərlə əlaqə saxlanılması və onlarla müntəzəm işlərin aparılması

Namizədə tələblər

- Təcrübəyə tam və yarım gün cəlb olunmaq imkanı olan
- Microsoft Office proqramlarında işləməyi bacaran
- Rus və ingilis dillərini bilən
- Əla ünsiyyətqurma və təqdimetmə bacarığına sahib olan
- Dəqiq, məsuliyyətli və məqsədyönlü
- Kollektivdə işləməyi bacaran, xoşrəftar, operativ və yaradıcı

Təcrübəçi kimi 6 ay müddətində işləyən gənclərə nahar və yol xərcləri veriləcək. Müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə xüsusi sertifikat və müsbət xasiyyətnamə veriləcək ki, bu da onların növbəti iş həyatına uğurlu bir keçid fürsəti olacaqdır.
Maraqlanan şəxslər öz CV formalarını mövzu hissəsində Təcrübəçi göstərməklə [email protected] ünvanına göndərə bilər. Sənədlərin son göndərilmə tarixi 17.12.2018-ci ildir.

Əlaqə : +994 50 227 70 77