Aparıcı Mühasib

  • Ayan MMC
  • Elanın qoyulma tarixi: 05.12.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Aparıcı Mühasib

Ayan MMC şirkəti Aparıcı mühasib vakansiyası üzrə CV-lərin qəbulunu elan edir.

Vəzifə öhdəlikləri

1.1 İlkin sənəd və hesabatların cavabdeh icraçı şəxslərdən nəzərdə tutulmuş müddətlərdə alınmasının və  əməliyyat sahələrinə uyğun qəbulunun nəzarətini həyata keçirtmək.
1.2 Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət.
1.3 Şirkətdaxili və xarici normativ sənədlərə əsaslanaraq proqram təminatında uçot tələbləri əsnasında əməliyyatların icrasına nəzarət.
1.4 Mal-material,Əsas vəsaitlər,Bank,Kassa,Satış,İstehsalat,İşçilərlə hesablaşmalarla bağlı əməliyyatların proqram təminatında icrasına nəzarət, onların mühasibat standartlarına uygun uçotunun həyata keçirilməsini təmin etmək.
1.5 İcra edilmiş əməliyyatların büdcə məlumatları ilə uyğunluğunun təmin edilməsi və s. məqsədlərlə əlaqədar xərc mərkəzlərinin əməliyyatlarda yoxlanışını təmin etmək.
1.6 Maliyyə hesabatlarında,uçot məlumatlarında aşkar edilmiş uyğunsuzluqları araşdırmaq,onlarla bağlı düzəlişlərin edilməsinə nəzarət etmək,ay bağlanmasını təmin etmək.
1.7 Mal və material,Hesablaşma hesabı,Xəzinə,Debitor və Kreditorlarla bağlı üzləşmə sənədlərinin yoxlanışını təmin etmək.
1.8 Hesabatları tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumatların hazırlanmasını təmin etmək, mühasibat sənədlərinin saxlanılma qaydalarına nəzarət etmək, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirmək.
1.9 MHBS-larına əsasən aylıq maliyyə hesabatlarının hazırlanmasını təmin etmək,bu hesabatlar əsnasında maliyyə analizlərini həyata keçirtmək.(Balans,Mənfəət və Zərər,Pul vəsaitlərinin hərəkəti,Kapitalda dəyişiklik haqda hesabatlar)
1.10 İstehsal olunmuş məhsulların maya dəyərində,sair xərclərdə baş vermiş dəyişikləri araşdırmaq,nəticələrə təsir edən faktorlarla bağlı yekun maliyyə analizini təqdim etmək.
1.11 Maliyyə və əməliyyat yoxlanışları zamanı daxili və xarici auditorlarla işləmək.
1.12 Aylıq və İllik büdcələrin hazırlanmasında uçot məlumatlarının təqdim  edilməsini təmin etmək və büdcənin hazırlanmasına koməklik etmək.
1.13 Aylıq budcə göstəricilərinin uçot məlumatları əsnasında  faktiki göstəricilərlə tutuşdurulması,baş vermiş dəyişiklik haqqında hesabatın hazırlanmasını təmin etmək.
1.14 MHBS-larına əsasən aylıq maliyyə hesabatlarının hazırlanmasını təmin etmək,bu hesabatlar əsnasında maliyyə analizlərini həyata keçirtmək.(Balans,Mənfəət və Zərər,Pul vəsaitlərinin hərəkəti,Kapitalda dəyişiklik haqda hesabatlar)
1.13 Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək .


NAMİZƏDƏ DAİR TƏLƏBLƏR

- Kişi namizədlər üstünlük verilir;
- Tələb olunan yaş həddi: 25-38;
- Ali təhsil; (Maliyyə, İqtisadiyyat, mühasibat uçotu sahəsində təhsili olan namizədlərə üstünlük veriləcək);
- Göstərilən fəaliyyət sahəsində ən azı 3 il iş təcrübəsi;
- Vergi qanunvericiliyi, Əmək qanunvericiliyi, Beynəlxalq mühasibat uçotu standartları haqda bilgilərə sahib olmalı;
- MS Office (Word, Excel) yüksək səviyyədə bilməli;
- İFRS, ACCA kvalifikasiyası olan namizədlərə üstünlük verilir;
- ERP Proqramları uzrə təcrübəsi olan əməkdaşlara (Logo Tiger Enterprice) üstünlük verilir;
- Beynəlxalq sertifikasiya arzuolunandır;
- Analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə, problemləri həll etmək bacarıqlarına malik olmalı;

- Verilmiş tapşırıqları vaxtında icra etməli;
- Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
- Tələb olunan dil bilikləri: Azərbaycan dili – mükəmməl, rüs dili – orta, ingilis dili-orta.
 
Əlavə məlumatlar:

• Əmək haqqı: Razılaşma əsasında;
• Şirkət tərəfindən naharla və korporativ nömrə ilə təmin edilmə;
• İş qrafiki: 6 gün, 08:00 – 17:00

CV-lərinizi [email protected]  ünvanına “Aparıcı Mühasib” başlığı ilə göndərə bilərsiniz.
Müsahibəyə dəvət olunan nazmizədlər şirkətə giriş üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Əlaqə nömrələri: 055 444 23 11/ 012-342-99-36