Mexanika mühəndisi

  • PMD Group
  • Elanın qoyulma tarixi: 03.12.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

PMD Projects MMC təcrübəli və səriştəli heyəti ilə Azərbaycanın müxtəlif bölgələrində yaşayış binalarının, mehmanxanaların, kənd təsərrüfatı təyinatlı obyektlərin, sənaye müəssisələrinin layihələndirilməsi və tikintisini, eləcə də  müxtəlif biznes obyektlərinin təmir və bərpası işlərini həyata keçirir.

Hal-hazırda şirkətimizdə Mexanika mühəndisi vakansiyası üzrə iş imkanı mövcuddur:

Vəzifə öhdəlikləri:

 Layihənin mexanika bölümünü dərindən araşdırılması, düzgünlüyünün yoxlanılması
 Mexanika layihələrini layihəçi və subpodratçı ilə müzakirə etmək
 Mexanika işləri üzrə subpodratçının  işinin keyfiyyətinə nəzarət etmək
 Layihə cizgilərinin digər mühəndislik sahələri və memarlıq cizgiləri ilə koordinasiyasının təhlil edilməsi
 Layihə şirkətlərindən təhvil alınan mexaniki layihələrin standartlara uyğunluğunun, sistemin tam şəkildə işləkliyinin yoxlanması və aşkar olunan problemli sahələrin layihəçi şirkətlərə və öz rəhbərinə bildirilməsi
 Mexanika layihələri üçün seçilən cihaz və avadanlıqların seçiminin düzgünlüyünü yoxlamaq və layihəçi ilə görüş təşkil edərək sistemlərin təhlilini aparmaq
 Mexaniki işlərə aid bütün sistemlər üçün tender sənədlərini hazırlanmasında texniki dəstəyin verilməsi və inkişaf etdirilməsi
 Tender prosesində şirkətlərdən gələn təkliflərin texniki dəyərləndirilməsi və qiymətləndirilməsi
 Tikinti sahəsində mexaniki işlərin təhlili, yoxlanılması və koordinasiyanın təşkil edilməsi
 Mexaniki cihazların təstiq edilmiş layihə sənədləri və göstəriciləri əsasında spesifikasiyalarının təyini
 Layihənin yekununda son texniki dəyərləndirmənin və yoxlanmanın yerinə yetirilməsi
 Mexanika avadanlıqlarının quraşdırılması və onların testini idarə etmək
 Yeni layihələrə cəlb olunduqda, mexanika sistemləri üzrə ilkin analiz və dəyərləndirmənin yerinə yetirilməsi
 Mexanika üzrə texniki hesabatların yerinə yetirilməsi

Tələblər:

 Müvafiq sahə üzrə azı 2 il iş təcrübəsi
 Mühəndislik ixtisası üzrə ali təhsil
 Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis – yaxşı
 Kompüter bacarıqları: MS Office, Autocad
 Məsuliyyətli, intizamlı olmaq

Maraqlanan şəxslərdən CV və ya Müraciət ərizələrini vəzifə adı göstərilməklə [email protected] ünvanına göndərmələri xahiş olunur.
Yalnız uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi