Risklərin idarə edilməsi üzrə mütəxəssis/aparıcı mütəxəssis

İşin təsviri

Ziraat Bank Azərbaycan ASC Risklərin idarə edilməsi, Daxili nəzarət və ÇPY/TMM departamentinə Risklərin idarə edilməsi üzrə mütəxəssis/aparıcı mütəxəssis vəzifəsinə işə dəvət edir.

Vəzifəyə olan tələblər:

• Müvafiq istiqamətdə maliyyə, iqtisadiyyat, tətbiqi riyaziyyat və digər analitik ixtisaslar üzrə ali təhsil;
• Yüksək səviyyədə MS Excel və yaxşı dərəcədə SQL  bilikləri;
• Yüksək analitik  düşünmə və problem həll etmə qabiliyyəti;
• Ünsiyyətcil olmaq və komanda ilə iş qabiliyyəti;
• Türk və ingilis dili bilikləri arzuolunandır;
• Bank sahəsində ən azı 4, müvafiq sahə üzrə 2 illik iş təcrübəsi;
• CFA sertifikatına malik namizədlərə üstünlük veriləcəkdir.

Əsas vəzifələr:

• Risklərin müəyyən edilməsi, qiymətləndirilməsi metodlarının hazırlanması;
• Risklərin idarə olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflər vermək;
• Risklərin idarə edilməsi prosesində risk indikatorlarına dair məlumatların toplanması, təhlillərin həyata keçirilməsi və lazımi hesabatların tərtib olunması üzrə təkliflər verməklə hesabtlığın aparılması;
• Yaradılan yeni məhsul və xidmətlər üzrə potensial risklərin müəyyən edilməsi və təkliflərin verilməsi;
• Risklərin idarə edilməsi üzrə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi;
• Bankın filial və baş ofis struktur bölmələrində həyata keçirilən biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədi ilə monitorinqlərin aparılması və nəticələr əsasında təkliflərin verilməsi;
• Bankda risk mədəniyyətinin yüksəldilməsi istiqamətində aktiv iştirak;
• Bankın struktur bölmələrindən insidentlər barədə məlumatların toplanması və səbəblərinin araşdırılması;
• Risklər ilə bağlı daxil olan sorğuların cavablandırılması;
• Stress-testlərin keçirilməsi və Risk xəritələrinin hazırlanması;

Göstərilən tələblərə cavab verən namizədlər Dekabr ayının 31-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində RİSKLƏRİN İDARƏ EDİLMƏSİ qeyd etməyiniz vacibdir.

İşəgötürənin reytinqi