Korporativ Satış üzrə mütəxəssis

İşin təsviri

Korporativ Satış üzrə mütəxəssis

Vəzifə öhdəlikləri:

- Satışların artırılması məqsədi ilə şirkətin təklif etdiyi xidmətlərin təqdimatını həyata keçirmək
- Bazarın təhlilini, korporativ müştəri haqqında informasiyanın toplanılmasını və yeni müştərilər ilə əlaqənin qurulmasını təmin etmək.
- Gün ərzində keçirdiyi görüşlər və danışıqlar barədə gündəlik qeydlər aparmaq və hesabatlar hazırlamaq
- Potensial müştərilərin axtarılması və yeni müştərilərin cəlb edilməsini həyata keçirmək
- Müştəri etirazları ilə işləmək və bununla əlaqədar ortaya çıxan problemləri həll etmək
- Korporativ müştərilərlə əlaqələr quraraq, şirkətin xidmətlərinə dair tanıtımlar etmək, yeni müştərilər tapmaq, onlarla birbaşa əlaqə quraraq xidmətlər haqqında məlumat vermək.
- İnternet və digər kanallar üzərindən potensial müştəri və tender axtarışını təmin etmək
- Potensial müştəri ola biləcək şirkətlərə ziyarət etmək və ehtiyacları analiz etmək
- Görüşə hazırlıq və təqdimat materiallarının hazırlanmasını və təqdimatını həyata keçirmək
- Ziyarət nəticələrini izləmək
- Sifarişlərin icra olunmasını təmin etmək
- Müştəridən sifarişin qəbul olunması və müvafiq şöbələrə ötürülməsini təmin etmək
- Qiymətlər və endirim şərtləri müəyyənləşdikdən sonra müştəriyə təklif göndərmək
- Təklifləri izləmək və müştəri ilə razılaşma əldə etmək
- Maliyyə sənədlərini müştəriyə göndərmək
- Müştəri ödəmələrinin izləmək

Namizədə tələblər

- Yaş həddi 23-40
- Xidmət sektoru üzrə 3-5 il iş təcrübəsi
- Liderlik qabiliyyəti
- Analitik düşünmə və problemi həll etmə qabiliyyəti
- Ünsiyyət qurma və inandırma bacarığı
- Təqdimat etmə qabiliyyəti
- Vəziyyətə tez uyğunlaşa bilmə qabiliyyəti
- MS Office bilikləri
- İngilis və Rus dilini bilənlərə üstünlük verilir

Əlavə məlumat:

İş qrafiki: Həftə içi 5 gün, saat 09:00-dan 18:00-dək, Şənbə günü 09:00-dan 13:00-dək

Əmək haqqı: Sabit hissə+bonus

AzR ƏM müvafiq olaraq işə qəbul.

 Maraq göstərən şəxslər öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə " Korporativ Satış üzrə mütəxəssis " sözünü qeyd etməklə [email protected] elektron poçtuna göndərə bilərlər.