Tender, Satınalma və Təchizat üzrə Mütəxəssis

  • Nobel Elektrik
  • Elanın qoyulma tarixi: 04.11.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

TENDER, SATINALMA VƏ TƏCHİZAT ÜZRƏ MÜTƏXƏSSİS

Əsas tələblər:

- Ali təhsil;
- 25-35 yaş aralığında olan xanım namizədlər;
- Rus və İngilis dillərində səlis danışıq, yazmaq və oxumaq bacarığı;
- Tender, satınalma və təchizat sahələri üzrə ən az 2 il iş təcrübəsi;
- MS ofis proqramlarından peşəkar istifadə təcrübəsi;
- İşgüzar danışıqları aparma qabiliyyəti olmalı;
- Dəqiq, səliqəli, diqqətli, məsuliyyətli, çevik və ünsiyyətcil olmalı;
- Komanda ilə işləməyi bacarmalı;
- Qarşısına qoyulan hədəfləri yerinə yetirməli;
- Elektrik avadanlıqları sahəsi üzrə təcrübəsi olan arzu olunandır;

İş haqqında məlumat:
 
- Gündəlik e-mail ünvanına gələn sorğulara nəzarət edilməsi və vaxtında cavablandırılması;
- Sifarişlərlə bağlı sənədlərin hazırlanması və müvafiq şöbələrə göndərilməsi;
- Məhsul çıxışı ilə bağlı sənədləşdirmə işlərinin aparılması;
- Müştəriyə malın seçimində məsləhət və kömək göstərilməsi;
- Müştərilərə keyfiyyətli xidmətin göstərilməsi;
- Beynəlxalq yazışma və danışıqların aparılması;
- Tədarük ediləcək məhsulların haradan alınacağını, çatdırılma şərtlərini bilməli;
- Bazar və xarici bazar qiymətlərinin analizi və müqayisəli hesablamanın aparılması;
- Alınan məhsulların logistika fəaliyyətlərini tənzimləmək;
- Satınalma, marketinq və tenderlərlə bağlı sənədlərin müvafiq şöbələrə göndərilməsinə nəzarət; 

İş şəraiti:

- Həftənin 5 günü: saat 09:00 - 18:00;
- Şənbə günü 09:00-17:00, bazar günü istirahət;

Əmək haqqı namizədin bilik və bacarığına görə təyin ediləcəkdir: 500-1000 manat.

Müraciət etmək üçün başlıqda “TENDER, SATINALMA VƏ TƏCHİZAT ÜZRƏ MÜTƏXƏSSİS” qeyd edib [email protected] ünvanına göndərməyiniz xahiş olunur.