TƏLİM İŞLƏRİ ÜZRƏ MÜTƏXƏSSİS
Əmək haqqı: müsahibə əsasında müəyyən ediləcək.
İş barədə:
• Əməkdaşların tədrisə olan ehtiyaclarını təyin etmək;
• Satış heyətinin peşəkarlıq səviyyəsinin təlimlər vasitəsilə yüksəldilməsi üçün tədbirlər planı hazırlamaq və icra etmək;
• Tədris materiallarının tərtib edilməsi və metodik vəsaitlərin hazırlanması;
• Yeni işə qəbul olunan mütəxəssislərin test edilməsi, elmi-intellektual səviyyələri haqqında rəy verilməsi;
• Müxtəlif növ təlimlərin, seminarların təşkili, biliklərin tədris olunmasında bilavasitə iştirak;
• İşçilərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi sisteminin hazırlanması və dövri olaraq həmin sistemin təkmilləşdirilməsi;
• Təlim prosesi üzrə qabaqcıl təcrübənin öyrənilməsi və işdə tətbiqi;
• Əməyin səmərəliliyinin artırılması üçün təkliflərin verilməsi;
• Aparılan təlimlərin nəticələrinin qiymətləndirilməsi və s.
Tələblər:
• Ali təhsil (İqtisadiyyat üzrə),
• Ünsiyyət bacarıqları ,
• Auditoriya ilə işləmək, informasiyanı çatdırmaq bacarığı,
• Analoji sahə üzrə iş təcrübəsi arzuediləndir,
• Ünsiyyətcil, özünə əminlik hissi, yüksək intellektual səviyyəli olmalı,
• Rus və ingilis dillərini sərbəst bilməli,
• Yaş həddi 28 və yuxarı,
• Microsoft Office proqramlarında (xüsusilə də Power Point) mükəmməl işləmək bacarığı.
CV göndərərkən mövzu qismində "Təlim işləri üzrə mütəxəssis" sözünün yazılması mütləqdir!
E - mail : [email protected]