Şirniyyatçı köməkçisi

İşin təsviri

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə Ulduz şokolad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, AVT Logistika, AVT Construction, Vesta Horeka, Tru Vega, Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir. 2018-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını Şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Şirniyyatçı köməkçisi ( Entree Azərbaycan MMC )

İş yeri: 28 May filialı, Fəvvarələr meydanı filialı, Axundov bağı filialı
İş təcrübəsi: 1 il
Yaş həddi: 18-40

İşin Təsviri: Müxtəlif növ şirniyyatların hazırlanması.

Vəzifə öhdəlikləri:

- Müxtəlif növ şirniyyat, peçenye, tort və piroq çeşidlərinin hazırlanması;
- Sifarişlərin vaxtında çatdırılması və düzgün qablaşdırılması;
- Tələbin tezliyini və işin rahatlığını nəzərə almaqla malların qruplar, növlər və çeşidlərə əsasən yerləşdirilməsi və düzülməsi.

Tələblər:

- Məhsullardan hazırlanan yarımfabrikatların keyfiyyətinə qoyulan tələbləri bilməli;
- Xammal və məhsulların ilkin kulinar emalı qaydalarını bilməli;
- Ərzaqların saxlama müddətlərini və şərtlərini bilməli;
- Hazırlanmış məhsulların düzgün saxlanma qaydalarını bilməli;
- İşgüzar ünsiyyət və peşə etiketi qaydalarına əməl etməli;
- İş saatlarında çevik olmalı, gərgin iş qrafikində dəqiq və səmərəli işləməli;
- Səliqəli görkəmə və gigiyenik təmizliyə riayət etməli;
- Rus dili (orta səviyyədə) olması arzuolunandır.

Təminatlar:

- Bir gün istirahət günü;
- Nahar ilə təmin edilmə.

İş qrafiki: Növbəli iş qrafiki

- 1-ci növbə 07:00 – 15:00;
- 2-ci növbə 12:00 – 20:00;
- 3cü növbə 04:00 – 12:00 (nəqliyyat vasitəsi təmin edilir)

Əlaqə nömrəsi: 055 505 91 51

Müraciət qaydaları: CV-ni [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Şirniyyatçı köməkçisi” yazıb göndərməklə müraciət edilir.