İşəgötürən: “AZM Trading” MMC
Vəzifə: Mühasib
Əmək haqqı: 500-700 AZN
İş yeri: Kürdəxanı
Yaş həddi: 23-35
İşin təsviri:
- Vergi, Mühasibat uçotu, DSMF və Statistika ilə bağlı əməliyyatların həyata keçirilməsi;
- Bütün növ hesabatların hazırlanması və aidiyyəti orqanlara müəyyən edilmiş müddət ərzində Vergi Departamenti, DSMF və Statistika Şöbəsinə təqdim edilməsi (ƏDV, ÖMV, SV) ;
- BTP proqramında işləməklə vergi bəyannamələrini göndərmək;
- E-Qaimə və Vergi Hesab Fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləməyi bacarığına malik olmalıdır.
Tələblər:
- Müvafiq sahə üzrə Ali və riyazi təhsil;
- Mühasibatlıq, Vergi biliklərinə - nəzəri və praktiki sahib olmalı;
- 1C 8.3 (rus) versiyanı, MS Office və Elektron Hökümət Portalı proqramlarında işləmək bacarığı olmalı;
- Mühasibatlıq sahəsində iş təcrübəsi 1 il;
- Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı olmalı.
İş qrafiki:
- Bazar ertəsi – Şənbə: 09:00 - 18:00
Maraqlanan namizədlər mövzu yerində “Mühasib” yazmaqla CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Qeyd olunan tələblərə uyğun olmayan CV-lərə baxılmayacaq)