Hüquqşünas

İşin təsviri

Hüquqşünas.

- Müəssisənin adı: “Qazax Sement Zavodu” MMC
- İş yeri: Qazax

Namizədə tələblər

- Ali təhsil (hüquq)
- Minimum 5 il müvafiq sahə üzrə iş təcrübəsi.
- Yaş həddi 30-40
- MS Office - Word, Excel proqramlarını mükəmməl bilməli
- Azərbaycan və İngilis dillərini əla səviyyədə bilmək
- Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı
- İdarəetmə, analitik düşünmə, düzgünlük və təşkilatçılıq qabiliyyəti olmalı

Əsas vəzifə öhdəlikləri:

- Müəssisənin adından məhkəmədə nümayəndə kimi iştirak edilməsi, pretenziyaların, iddia ərizələrinin və digər prosessual işlərin yerinə yetirilməsi;
- Müəssisəyə daxil olan yerli və xarici müqavilələrlə, hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə, müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması;
- Müəssisənin hüquq və qanuni maraqlarını məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslərin qarşısında müdafiə etmək.
- Müəssisənin struktur bölmələri tərəfindən qanunvericiliyə riayət olunmasının, hüquqi ekspertiza və normativ-hüquqi təminat işinin aparılması vəziyyətini təhlil etmək, bu sahədə qanun pozuntularını müəyyən etmək, müvafiq təkliflər hazırlayıb rəhbərliyə təqdim etmək.
- Müəssisənin daxilində hazırlanan əmr, təlimat, əsasnamələr, standartlar və digər normativ xarakterli sənədlərin layihələrinin ekspertizasını həyata keçirmək və zərurət olduqda rəhbərliyin tapşırığı əsasında bu layihələrin hazırlanmasında iştirak etmək.
- Müəssisənin struktur vahidləri tərəfindən bağlanan hüquqi və mülki müqavilələrin, təqdim edilən müqavilə layihələrinin ekspertizasını həyata keçirmək.
- Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək.

CV-ləri  " Hüquqşünas " mövzusu ilə  [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Gazakh Cement Plant LLC tərəfindən digər vakansiyalar