Mühasib

İşin təsviri

Mühasib.

- Müəssisənin adı: “Qazax Sement Zavodu” MMC
- İş yeri: Qazax

Namizədə tələblər

- Ali təhsil (mühasibat, maliyyə, iqtisadiyyat)
- Minimum 2 il müvafiq sahə üzrə iş təcrübəsi.
- Yaş həddi 25-40
- MS Office - Word, Excel, 1C (8.2) proqramlarını mükəmməl bilməli
- Riyazi qabiliyyəti mükəmməl olmalı
- Vergi qanunvericiliyini bilmək
- Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı
- İdarəetmə, analitik düşünmə, düzgünlük və təşkilatçılıq qabiliyyəti olmalı
- İngilis dili biliyi arzuolunandir
- Beynəlxalq mühasibat uçotu üzrə biliyin olması arzuolunandır.

Əsas vəzifə öhdəlikləri:

- Təsərrüfat maliyyə fəaliyyətlərinin baş verməsi anında onları əks etdirən ilkin uçot sənədlərinin işin icraçıları
tərəfindən (ERP proqramında) tərtib edilməsini təmin edərək nəzarət edir
- Əməliyyat xərcləri, inzibati xərclər və gəlir maddələri üzrə hesabların uçotunu aparır, tələb olunan formatda və
müddətdə hesabat və məlumatları təqdim edir;
- Səlayihəyyitinə aid olan daxili əməliyyatların gündəlik olaraq analitik uçotunu aparır;
- Ona verilən tapşırıq əsasında debitor və kreditorları üzrə əməliyyatların uçotunu aparır ;
- Əmək haqqı və ona bərabər tutulan ödənişlərin, ezamiyyət xərclərinin hesablanmasını həyata keçirir və ödənilməsinin
uçotunu aparır;
- Sifariş edilmiş və alınmış mal-materialların mədaxil və məxaric (sərf) əməliyyatlarının uçotunu və dövri
inventarizasiyasını aparır, tələb olunan formatda hesabat və məlumatları təqdim edir;
- İcarəyə, müvəqqəti və birdəfəlik istifadəyə verilən vəsaitlərin uçotunun aparır və təqib edir;
- Təhtəl hesab, şəxslərlə iş və müvafiq uçotun aparılmasını təmin edir;
- Subpodratçılarla əlaqədar mal-material, xidmət, ödəmələr, zəmanət və avanslarla əlaqədar hesablamaları həyata keçirir
və uçotunu aparır;
- Əsas vəsaitlərin, qeyri-maddi aktivlərin, azqiymətli və tezköhnələn əşyaların uçotunu, amortizasiyasını və dövri
inventarizasiyasını aparır, tələb olunan formatda hesabat və məlumatları təqdim edir;
- Məhsulun (mal və xidmətin) maya dəyərinin hesablanmasını həyata keçirir və uçotunu aparır;
- Dövlət bütçəsinə və digər dövlət qurumlarına veriləcək hesabatları tərtib edərək təqdim edir.
- Ödəmələrin, sosial sığorta ayırmalarının, vergilərin hesablanmasını və ödənilməsini həyata keçirir;
- Daxili mühasibatlıq üzrə ilkin sənədlərin müəyyən olunmuş qaydada saxlanılmasını (qovluqlara tikilməsini) və
arxivləşdirilməsini həyata keçirir;
- Daxili və xarici auditin aparıldığı zamanlarda onlara lazımi dəstək verilməsi;
- Maliyyə Departamenti rəhbərliyinin tələb etdiyi forma və müddətlərdə fəaliyyətlərinə aid hesabatların işlənib
hazırlanması və təqdim edilməsi;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı
əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi;
- Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə
keçirilməsinə nəzarət və iştirak
- E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
- Gündəlik və aylıq daxili maliyyə hesabatlarının hazırlanması.
- Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək.

CV-ləri mövzu hissəsində müraciət etdiyiniz vakansiyanın adını göstərərək  [email protected]  ünvanına göndərə bilərsiniz.

Gazakh Cement Plant LLC tərəfindən digər vakansiyalar