Hüquqşünas

  • Elanın qoyulma tarixi: 23.10.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vakansiyanın adı:

Hüquqşünas

Əsas vəzifə və öhdəliklər:

• Müqavilə layihələrinin hazırlaması, səlahiyyətləri daxilində onlara rəy verib ekspertizasının aparılması və müqavilələrin bağlanması ilə əlaqədar zəruri tədbirlərin həyata keçirilməsi;
• Məhkəmələrdə, digər dövlət orqanlarında və qeyri-hökumət təşkilatlarında şirkətin qanuni mənafeyinin müdafiəsinin həyata keçirilməsi;
• Dövlət qurumlarından, hüquqi və fiziki şəxslərdən daxil olan məktub, sorğu, ərizə, şikayət və təkliflərə qanunvericiliklə müəyyən edilmiş müddətdə baxılması və  araşdırılması;
• Müqavilələrin reyestrinin aparılması;
• Şöbəyə aid müxtəlif hesabatların hazırlanması.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Komanda ruhu, şəxsi və peşəkar inkişaf, analitik düşüncə və müxtəlif hüquq sahələri ilə əlaqəli təhlil etmə bacarığı, hesabat yazma səriştəsi.
• Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis dili (mükəmməl), Microsoft Office və digər proqramlar
• Maliyyə, vergi hüququ və daxili audit sistemləri üzrə biliklər.
• Analitik düşüncə və müxtəlif hüquq sahələrini əlaqəli təhlil etmə bacarığı.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Ali hüquq təhsili.
• Müvafiq sahədə 1 ildən çox iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq " Hüquqşünas " qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.