"Optimal Elektronika" MMC 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Eksen, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil telefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə "Optimal Elektronika" MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.
“Optimal Elektronika” MMC-nin tərkibində fəaliyyət göstərən “GENTLEMAN” multi-brend geyim mağazası 1996-cı ildən fəaliyyət göstərir. Mağaza İtaliya, Ukrayna, Moldova, Yunanıstan və digər ölkələrin brend geyimlərinin Azərbaycanda satışı ilə məşğuldur. Şirkətimiz ingiltərənin M&CO brendinin Azərbaycanda və Qafqazda yeganə frençayzinq partnyorudur. M&Co mağazası Optimalın Nizami (Tarqovıy) filialının ikinci mərtəbəsində yerləşir. Əlavə məlumat üçün www.mandco.az və www.optimal.az linkinə tıklaya bilərsiniz.
"Optimal Elektronika" MMC davamlı olaraq inkişafı üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların karyera inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin qaldırılması yönümdə fəal iş aparır.
Niyə məhz Optimal?
- Hər bir işçiyə gələcəyin meneceri kimi yanaşırıq!
- Pozitivlik bizim ən böyük uğurumuzdur!
- Kreativ ideyaları yaradırıq!
- İstedadlı gənclərə yol açırıq!
Şirkətimiz yeni açılacaq marketlər üçün Marketlər üzrə ərazi meneceri (FMCG) vakansiyasını açıq elan edir:
Vakansiya: Marketlər üzrə ərazi meneceri (FMCG)
Tələblər:
• Təhsil: Ali;
• Azərbaycan dilini səlis bilməli; Rus və ingilis dilini bilənlərə üstünlük verilir;
• Marketlərin idarə olunmasında və satış sahəsində 2 il təcrübəyə malik olmalıdır;
• Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
• MS ofis proqramlarından yaxşı istifadə etmək bacarıqları.
Əsas vəzifələr:
• Marketlərin məhsullarla təminatı ilə əlaqəli şirkətlərlə danışıqların aparılması;
• Marketlərin vitrinlərinin məhsullara uyğun olaraq müəyyənləşməsi;
• Marketlərin işçilərinin təlimi;
• Marketlərin stokunu müəyyən edilməsi, habelə stoka nəzarət edilməsi;
• Marketlərin müəyyən olunmuş standartlar üzrə işləməsinə nəzarət etmək;
• Marketlər üzrə satışın analizi.
Biz Sizə təklif edirik:
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Həftədə 6 iş günü, 1 gün istirahət;
• Bilik və bacarığınıza uyğun yüksək əmək haqqı;
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Marketlər üzrə ərazi meneceri (FMCG)” qeyd edərək öz CV-lərinizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.
Son tarix: 30.11.2018