Aparıcı Aqronom ( Saatlı )

  • Company
  • Elanın qoyulma tarixi: 08.10.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən yeni bir şirkət “Aparıcı Aqronom” vəzifəsinə işə qəbul elan edir.

İş yeri: Saatlı rayonu

Tələblər:

• Aqronomluq sahəsi üzrə ali təhsil;
• Kənd təsərrüfatı məhsullarının istehsal texnologiyası sahəsində ümumi bilik və təcrübə;
• Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri sahəsində ümumi bilik və təcrübə;
• Dənli bitkilərin (buğda, arpa, qarğıdalı, günəbaxan, soya və s.) yetişdirilməsi üzrə ən azı 10 il iş təcrübəsinə malik olmaq;
• Dənli bitkilərin yetişdirilməsi üzrə texnoloji prosesləri bilmək;
• Analitik düşünmə qabiliyyəti;
• Ona tabe olan işçiləri idarə etmək bacarığı;
• Qoyulmuş məqsədlərə nail olmaq bacarığı;
• Yüksək kommunikasiya bacarığı;
• Kompüter bilikləri: MS Office, Outlook;
• Dil bilikləri: Azərbaycan, Rus və İngilis dili (üstünlükdür);

Vəzifə və öhdəliklər:

• Müəssidə əvvəlcədən hazırlanmış bitki yetişdirilməsi texnoloji prosesləri üzrə işi icra etmək, əməliyyatlara nəzarət etmək və dəstək olmaq;
• Kənd təsərrüfatı bitkilərinin gübrələmə, dərmanlama, suvarma rejimlərini idarə etmək;
• Çiləyici texnikaların  və biçin texnikasının quruluşunu bilməsi, kənd təsərrüfatı texnikasını sazlamaq barədə biliklərə və bacarıqlara sahib olmaq;
• Xarici və yerli kənd təsərrüfatı texnikasının (avtomoatik və qoşqulu), həmçinin, torpağın becərilməsi və gübrələnməsi üçün istifadə edilən texnikaların, səpici maşınların işinin təşkil edilməsilə bağlı biliklərə və təcrübəyə malik olmaq;
• Bitkilərin yetişdirilməsi ilə bağlı hesabatın hazırlanması;
• Kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi və inkişafına mütəmadi olaraq nəzarət etmək;
• Müəssisədə toxumçuluğun planlaşdırılması və bu prosesi idarə etmək;
• Görülən işlər barədə hesabatların və iş planlarının tərtib etmək;

İş səraiti:

• Yaşayış yeri, nəqliyyat, mobil telefonla danışıq xərcləri müəssisə tərəfindən təmin olunur.
• Maaş: razılıq yolu ilə
• İş vaxtı: 6 iş günü

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını e-mail-in mövzu hissəsində “Aparıcı Aqronom” qeyd etməyiniz xahiş olunur.