Texniki ofis mühəndisi (Tikinti/inşaat)

  • Elanın qoyulma tarixi: 03.10.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə Ulduz şokolad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, AVT Logistika, AVT Construction, Vesta Horeka, Tru Vega, Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir. 2018-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını Şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Texniki ofis mühəndisi (Tikinti/inşaat)

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 1-3 il
Təhsil: Ali təhsil
Yaş həddi: 24-40

İşin Təsviri:

Podrat müqavilələrinin tərtibatı və hazırlanması. Təhvil-təslim sənədlərini və ödəniş üçün müvafiq qeydləri təmin etmək. Bütün lazımlı metraj işlərini həyata keçirmək. Aylıq fəaliyyət məruzələrinin hazırlanmasını təmin etmək. İş proqramı və planlaşdırma fəaliyyətlərinə nəzarət etmək.

Vəzifə öhdəlikləri:

- Podrat müqavilələrini hazırlamaq, smeta sənədlərini yoxlamaq, təhvil aktlarını tərtib etmək, görülmüş işlərin dəyərini hesablamaq və uçotunu aparmaq;
- Tikintidaxili titul siyahılarına baxılması və yoxlanılmasında iştirak etmək;
- Sifarişçidən alınmış smeta sənədlərinin yoxlanmasını həyata keçirmək;
- İşlərin mərhələlər üzrə icra olunmasına aid cədvəlləri tərtib etmək;
- Limitləri qoyulmuş xərcləri əlavə etməklə yerinə yetirilmiş işlərin dəyərəni hesablamaq;
- İcra olunmuş və sifarişçinin ödədiyi tikinti-quraşdırma işlərinin uçotunu aparmaq;
- İcra olunmuş işlərin nəzarət məqsədi ilə ölçülməsində iştirak etmək;
- Məxaric smetalarını tərtib etmək və lazım gəldikdə onları sifarişçi ilə razılaşdırmaq;
- Arbitrajda baxılması üçün iddia sənədlərinin hazırlanmasında iştirak etmək;
- Təsərrüfat hesablı briqadalar üçün işlərin, materialların və mexanikləşdirmə üzrə xərclərin hesablanma dəyərini müəyyən etmək.

Tələblər:

- MS Office proqramları biliyi;
- Şəxsi avtomobilin olması mütləqdir.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- Avtonəqliyyat vasitəsinin amortizasiya və yanacaq xərclərilə qarşılanma;
- Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Texniki ofis mühəndisi (Tikinti/inşaat)” yazmaqla CV göndərərək müraciət edilir.