Laboratoriya məhsulları üzrə mütəxəssis

İşin təsviri

Əsası 2002-ci ildə qoyulmuş “Avromed CompanyQSC dünyanın aparıcı beynəlxalq şirkətlərinin istehsal etdiyi əczaçılıq məhsullarının Azərbaycandakı ən böyük distribyütorlarından biridir.

Şirkət Laboratoriya məhsulları üzrə mütəxəssis vəzifəsinə təcrübəli işçi dəvət edir.

Laboratoriya məhsulları üzrə mütəxəssis:

- Bazarı xarakterizə edən məlumatları toplayır, analiz edir, perspektivləri qiymətləndirir;
- Brendi müəyyən edir;
- Marketinq strategiyası və marketinq planının hazırlanmasında iştirak edir;
- Marketinq məhsullarının satışını artırmaq məqsədilə stimullaşdırıcı aksiyalar keçirir və prezentasiyalar təşkil edir;
- Satışın düzgün təşkil edilməsini təmin edir;
- Potensial müştərilər axtarır;
- Müştərilər haqqında məlumat bazası yaradır;
- Müştərilərlə iş və görüş planı həyata keçirir.

Tələblər:

- Ali tibbi təhsil (mütləqdir);
- Müvafiq sahədə iş təcrübəsi;
- Müştərilərlə ünsiyyət və əməkdaşlıq qurmaq bacarığı;
- Azərbaycan və rus dillərini bilmək vacibdir.
- İngilis dilini bilmək şərtidir.

Maraqlananlar CV-lərini [email protected]” elektron ünvanına  31.10.2018-ci il tarixinədək göndərə bilərlər.
Elektron məktubun mövzu (subject, тема) hissəsində “Laboratoriya” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi