Marketinq meneceri

İşin təsviri

“Performance Center Co” MMC (Chevrolet Azərbaycan) Marketinq meneceri  vəzifəsinə işçi axtarışı elan edir.

Namizədə tələblər

- İş stajı: minimum 4 il;
- Yaş həddi: 25-40;
- Dil bilikləri: Azərbaycan və Rus dilləri mükəmməl, ingilis dili işgüzar səviyyədə;
- Analiz və yüksək komunikasiya keyfiyyətinə,
- MS Office biliklərə sahib olmaq.
- Təhsil – Ali 

Qeyd: Avtomobil sektorunda təcrübəsi olan namizədlərə üstünlük veriləcək.

İş barədə məlumat

-  Şirkətin məqsədlərinə uyğun marketing strategiyasının hazırlanması;
-  Marketing strategiyasına uyğun olaraq illik marketing planlarının hazırlanması və icrası;
-  Marketinq planına uyğun olaraq bütün marketing materiallarının yaradılması və dərc edilməsi;
-  Qısa müddətə və uzun müddətə satış effektivliyini təmin edəcək aktiv təkliflərin hazırlanması və icrası;
-  Brendin PR, reklam, təqdimat işlərinin təşkili və həyata keçirilməsi;
-  Bazar dinamikasını, rəqibləri və rəqib məhsullarının təqib edilməsi;
-  Media və təchizatçılarla işin idarə edilməsi;
-  Marketinq kommunikasiyalarının effektivliyinin monitorinqi və hesabatı, aylıq marketing fəaliyyətlərinin hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması;
-  Şirkətin marketing siyasətinin inkişaf etdirilməsi ilə əlaqədar potensial strateji tərəfdaşlıq əlaqələrinin yaradılması;
-  Rəhbərliyin verdiyi tapşırıqların yerinə yetirilməsi.
-  İş qrafiki 09:00-18:00
-  Həftədə 6 gün

Əmək haqqı: 1000-1200 AZN

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz  CV-lərini  məktubun mövzu hissəsində “Marketinq Menecer” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.