Təchizatçı (Avtonəqliyyat ehtiyat hissələri üzrə)

  • Elanın qoyulma tarixi: 26.09.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: Təchizatçı (Avtonəqliyyat ehtiyat hissələri üzrə)

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 1 il
Təhsil: Ali təhsil
Yaş həddi: 24-40

İşin Təsviri: Avtonəqliyyat ehtiyat hissələri üzrə təchizat işinin təşkili.

Vəzifə öhdəlikləri:

- Satınalma sifarişlərinin qəbulu və qiymətləndirilməsini həyata keçirmək;
- Sifarişləri əvvəlcədən müəyyən edilmiş zaman intervalında təmin etmək;
- Təchizatçı firmalarla danışıqlar aparmaq, məhsulun keyfiyyət standartları, qiymət, çatdırılma müddəti və s. şərtləri müəyyənləşdirmək;
- Daim alternativ tədarükçü firmaların axtarışını aparmaq, bazar qiymətlərinə tam bələd olmaq;
- Sifarişin qəbulu, malın çatdırılması, xidmətlərin icrası və tədarükçülərə ödənişlərin icra olunması mərhələlərini əhatə edən satınalma prosesinin tam sənədləşdirilməsi və icrasını həyata keçirmək;
- Tədarükçülərlə müqavilələrin hazırlanmasında iştirak etmək, qiymət-razılaşdırma protokollarını hazırlamaq;
- Ödənişlərin nağd olaraq həyata keçirildiyi satınalma sifarişlərində təhtəlhesab şəxs kimi çıxış etmək.

Tələblər:

- MS Excel biliyi;
- Avtonəqliyyat ehtiyat hissələri haqqında biliklər;
- Şəxsi avtomobilin olması mütləqdir.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- Avtonəqliyyat vasitəsinin amortizasiya və yanacaq xərclərinin qarşılanması;
- Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Təchizatçı (Avtonəqliyyat ehtiyat hissələri üzrə)” yazıb göndərməklə müraciət edilir.