Satınalma üzrə sektor müdiri

  • Dövlət qurumu
  • Elanın qoyulma tarixi: 25.09.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Satınalma üzrə sektor müdiri 

Təhsil:

Ali təhsil (İqtisadi/Maliyyə)

Xüsusi biliklər:

Satınalmaların işinin təşkil olunması üzrə, bazar araşdırmaları və maddi-texniki təchizat işləri üzrə nəzəri və praktiki biliklər; müasir ofis proqramları üzrə bilgilər;

Təcrübə:

Analoji sahə üzrə 2 illik iş təcrübəsi; idarəetmə təcrübəsi;

Kompüter bacarığı:

MS Office proqramları üzrə mükəmməl biliklər;

Dil bacarığı: Səlis azərbaycan, rus dili və orta səviyyədə ingilis dili bacarığı (arzuolunandır)

Digər bacarıqlar:

Komandada işin təşkili, hesabat tərtib etmə, planlaşdırma,analitik düşüncə və ünsiyyət qurma bacarığı, danışıqaparma qabiliyyəti, liderlik.

Vəzifə Funksiyaları:

• Malların (işlərin, xidmətlərin) satınalınması ilə bağlı aidiyyəti strukturlarla birgə qanunvericiliklə nəzərdə tutulmuş işlərin təşkil edilməsində və tənzimlənməsinin həyata keçirilməsində iştirak etmək;
• Qurumun balansında (istifadəsində) olan nəqliyyat vasitələrinin satın alınması, istismarı, texniki baxışı, təmiri, ehtiyat hissələrinin alışı və quraşdırılmasında iştirak etmək;
• Qurumda əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməsi üzrə zəruri tədbirlərin təşkilində və həyata keçirilməsində iştirak etmək;
• Görülən işlərin nəticələrinin təhlil edilməsində, bununla bağlı təqdimatların və analitik materialların hazırlanmasında iştirak etmək;

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini  məktubun mövzu hissəsində “Satınalma üzrə sektor müdiri” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur. Əks təqdirdə CV-lər nəzərdən qaça bilər!