İş İcraçısı (Mühəndis) – Şəki/Zaqatala regionu üzrə

  • AGA GROUP
  • Elanın qoyulma tarixi: 23.09.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş İcraçısı (Mühəndis) – Şəki/Zaqatala regionu üzrə

Tələblər:

 Ali texniki təhsilli;
 Bu sahədə minimum 5 ilə kimi iş təcrübəsi;
 Kompütür bilikləri :  Mikrosoft Ofice,  Autocad.
 Nizam-intizamlı olmalıdır

Vəzifə öhdəlikləri:

 Konstruktiv cizgilər əsasında material təsnifatı cədvəlinin doldurulması;
 Dəmir-beton, metal, ağac və plastik konstruksiya layihə cizgilərinin çəkilməsinin təşkil edilməsi;
 Təmir-tikinti işləri üçün layihə sənədlərini hazırlanması;
 Tikinti işlərinə nəzarətin həyata keçirilməsi;
 Hesabatın nəticəsi əsasında sərfəli olan bünövrənin, sütunların, rigellərin, tirlərin, tavanın, örtük konstruksiyalarının en kəsiyinin və materiallarının seçilməsi;
 Dəmir və Dəmir Beton konstruksiyalara aid texniki və praktiki anlayışın olması;
 Metal konstruksiyaların layihələndirilməsi;
 Texniki  şərtlər  və əvvəl işlənib hazırlanmış cizgilərdə dəyiklik haqqında bildiriş vərəqələrini və başqa texniki sənədlərin tərtib  edilməsi;
 Layihələrin istehsalat sahəsində və quraşdırma sahəsində tam təhlükəsiz və tikinti normalarina uyğun təhvil verilməsində işlərin ardıcıllığına nəzarət edilməsi.

 İş qrafiki: Həftə içi 09:00-18:00, Şənbə günü (09:00-13:00).
 Əmək haqqı namizədin bilik, bacarıq və praktik iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq.

Xahiş edirik, maraq göstərən şəxslər  öz tərcümeyi-hallarını (CV)  "mövzu" yerinə "İş icraçısı-Mühəndis" sözünü qeyd etməklə [email protected] elektron poçtuna göndərsinlər.

İşəgötürənin reytinqi