Əməyin mühafizəsi üzrə mühəndis (Yarım gün)

İşin təsviri

Novco Şirkətlər Qrupu 1994-cü ildən fəaliyyətə başlayaraq Azərbaycanda “Fashion Retail” sahəsində nüfuzu ilə seçilən ilk şirkətlərdən biridir. Şirkət özündə Tommy Hilfiger, Bebe, Adidas, Coccinelle, Coast, Accessorize, United Colors of Benetton, Sisley və s. dünyanın tanınmış brendlərini təmsil edir. Fəaliyyəti ölkəmizlə məhdudlaşmayaraq, Gürcüstan və Türkiyədə bir neçə brend üzrə rəsmi nümayəndəliyi həyata keçiririk.

Şirkət: NOVCO MMC

Vəzifə: Əməyin mühafizəsi üzrə mühəndis (Yarım gün)

Vəzifə öhdəlikləri

- Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə prosedurların hazırlanması və tədbiq edilməsi;
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə təlim planının hazırlanması və təlimlərin həyata keçirilməsi
- Mövcud qanunvericiliyə müvafiq olaraq əməyin mühafizəsi, əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması üzrə tədbirlər planının işlənib hazırlanması və həyata keçirilməsini təmin etmək;
- Əməyin mühafizəsi  üzrə qanunvericilik  aktlarına  əməl olunmasına, dövlət orqanlarının qətnamə və qərarlarının, əməyin mühafizəsi və  təhlükəsizlik  texnikası norma və qaydalarının yerinə yetirilməsinə daim nəzarət etmək;

Tələblər

- Texniki Ali təhsil;
- Əməyin mühafizəsi sahəsində ən azı 3 il iş təcrübəsi;
- Kompüterdə (Microsoft Office) sərbəst işləmə bacarığı;
- Əmək qanunvericiliyini bilməli,
- İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydalarını bilməli;
- Ünsiyyət qurma, komandada işləmə bacarığı;

İş qrafiki: Əmək Məcəlləsinə uyğun olaraq, mağazanın daxili qrafiki əsasında

Vakansiyaya uyğun olan namizədlər  CV-lərini [email protected]   ünvanına  mövzuda “Əməyin mühafizəsi üzrə mühəndis” yazaraq göndərə bilərlər.

İşəgötürənin reytinqi