Anbardar

İşin təsviri

Vəzifənin adı: Anbardar

İş yeri: Bakı, Azərbaycan

Tələb olunan peşə-ixtisas səviyyəsi:

• Müvafiq sahədə iş təcrübəsi 3 ildən az olmamaq şərtilə, tikinti şirkətlərində iş təcrübəsi üstünlük təşkil edəcək;
• MS Office kompüter proqramlarını bilmək;
• İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı;
• Dəqiqlik, səliqəlilik və məsuliyyətlilik

Vəzifələri :

• Anbara daxil olan malları düzgün və səliqəli şəkildə yerləşdirmək
• Anbara daxil olan sifarişləri vaxtında hazırlamaq
• Təhvil-təslim proseduruna tam əməl etmək
• Malları düzgün təhvil vermək və müvafiq sənədlərə lazımi məlumatları qeyd etmək
• Anbarın səliqəsi və təhlükəsizliyi üçün məsuliyyət daşımaq
• Sayım prosesində iştirak etmək və müvafiq hesabatları vermək
• Anbarda mövcud olan malları yaxşı tanımaq və yeni daxil olan malları öyrənmək

Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını [email protected] elektron poçtun ünvanına “anbardar” mövzusu ilə göndərə bilərlər.