Satınalmalar şöbəsi, Loqistika üzrə mütəxəssis

  • Konfirom
  • Elanın qoyulma tarixi: 05.09.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Satınalmalar şöbəsi, Loqistika üzrə mütəxəssis

Vəzifə öhdəlikləri:

• Gömrük rəsmiləşdirilməsi üzrə sənədlər hazırlanması (müqavilə, hesab-faktura, qiymət kağızı, texniki  təsvir və s.) ticarət sertifikatı, idxal lisenziyası, və s. üçün müraciətin edilməsi;
• Təchizatın logistik məsələlərinin idarə edilməsi üzrə cavabdeh olmaq; 
• Logistikaya dair prosedur və proseslərə dair hərtərəfli biliklərin olması;
• Yerli və xarici idxal/ixrac qanunvericiliyini bilmək;
• Xarici şirkətlərlə əlaqə yaratmaq və yükün daşınmasını təşkil etmək;
• Sifariş olunan avadanlıqların daşınması üçün optimal nəqliyyat şirkətinin seçilməsi; 
• Hazır avadanlıqların vaxtında yüklənməsi ve sənədləşməsinə nəzarət; 
• Avadanlıqların statusu haqqında məlumatın mütəmadi yenilənməsi.

Təhsil/Təcrübə

• Ali təhsil;
• Yüksək səviyyədə Azərbaycan, İngilis və Rus dili biliyinə malik olmalı; 
• Analoji sahədə azı 1 ildən 3 ilədək  iş təcrübəsi olmalı (Ölkədaxili və ölkəxarici daşımalar üzrə təcrübəli);
• Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilmək;
• Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
• Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.

Əlavə məlumatlar

• Əmək haqqı razılaşma əsasında; 
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• 6 günlük iş həftəsi; 8:00- 17:00 dək
• İş yeri Bakı şəhəri , Badamdar qəsəbəsi Qurd qapsının yanı.
• E-mail:  [email protected][email protected]