Layihəçi elektrik mühəndisi

  • AzerGold CJSC
  • Elanın qoyulma tarixi: 05.09.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında:

AzerGold” QSC qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi sahəsində fəaliyyət göstərir.

Vakansiyanın adı:

Layihəçi elektrik mühəndisi

Əsas vəzifə və öhdəliklər:

• Elektrik işləri üzrə ilkin layihələrin hazırlanmasında iştirak etmək;
• Elektrik enerjisini istehsal edən qurğular, elektrik stansiyaları, ötürücü və paylayıcı elektrik şəbəkələri və sistemlərini layihələşdirmək və bu sahədə məsləhətlər vermək;
• Elektrik enerjisi istehsal edən qurğuların, stansiyaların, paylayıcı hava və kabel xətlərinin sxemini qurmaq;
• Sənaye təyinatlı və digər bina və obyektlərdə elektrik quraşdırma işlərini layihələndirmək, təkmilləşdirmə işlərini aparmaq;
• İstehsal, tikinti və quraşdırma standartları və spesifikasiyalarının tələblərinə uyğun layihələrin yaradılması üçün geniş texniki və maliyyə hesablamaları aparmaq;
• Elektrik enerjisinin istehsal, ötürücü və paylayıcı sistemlərinin işini idarə etmək və monitorinq etmək;
• Elektrik maşınları, elektrik intiqalı, dartma və digər avadanlıqlar, yaxud elektrik məişət avadanlıqları üçün sistemləri layihələşdirmək və bununla bağlı məsləhətlər vermək;
• Tamamlanmış quraşdırma işlərinin layihəyə və avadanlığın texniki xarakteristikasına uyğunluğunun, iş və təhlükəsizlik standartlarına cavab verməsinin təmin edilməsi məqsədilə təftiş və müşahidə prosesini həyata keçirmək;
• Layihələşdirmə tapşırıqlarının yerinə yetirilməsi üçün kompüter vasitəsilə mühəndis və layihələşdirmə proqram paketindən istifadə etmək;
• Layihələndirmə üzrə layihə təşkilatlarına verilən tapşırıqların (sifarişlərin) hazırlanması və təqdim olunmasında iştirak etmək;
• Obyektlərin layihələndirilmFəsi üçün ilkin məlumatları hazırlamaq, layihələndirmə üçün tapşırıqlar tərtib etmək və onları layihə təşkilatlarına göndərmək;
• Layihə-smeta sənədləri üzrə, podratçı təşkilatlardan rəylərin alınmasını təmin etmək, ekspertiza və podratçının iradları üzrə onun axıra qədər işləməsinə nəzarət və təsdiq etmək;
• İdarənin özünün tikintiləri üçün, podratçı təşkilatlarını layihə-smeta sənədləri ilə təmin etmək;
• Layihə üzrə qeyd edilmiş iş həcmlərinin yoxlanılması və düzgünlüyü haqqında lazımı sənədləri hazırlamaq;
• Layihələrin təqvim üzrə planlamasını yerinə yetirmək;
• Layihələrin müvafiq dövlət orqanları ilə razılaşdırlmasında iştirak etmək.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Müvafiq qanunvericilik aktları və normaları;
• Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi;
• Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (yaxşı), Microsoft Office və AutoCAD proqramları

Tələb olunan təhsil və iş təcrübəsi:

• Mühəndis ixtisası üzrə ali təhsil;
• Minimum 3 il müvafiq sahədə iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq " Layihəçi elektrik mühəndisi " qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq)  [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi